Ceyhun Bayramov Yasir Ərəfatın ev muzeyini ziyarət edib - ednews.net

8 İyun, Cümə axşamı

(+994 50) 229-39-11

Ceyhun Bayramov Yasir Ərəfatın ev muzeyini ziyarət edib

Siyasət A- A A+
Fələstin Dövlətinə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin azadlıq hərəkatının lideri Yasir Ərafatın ev muzeyini ziyarət edib. Bu barədə Ednews-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Ziyarət zamanı muzeyin idarə heyəti Azərbaycan nümayəndə heyətinin üzvlərinə 20-ci əsrin əvvəllərindən 2004-cü ildə Fələstin xalqının lideri Yasir Ərəfatın vəfatına qədər Fələstin tarixindəki ən mühüm hadisələri əks etdirən Yasir Ərəfatın ev muzeyi barəsində ətraflı məlumat verib. Muzeyin kolleksiyaları ilə yaxından tanış olan Ceyhun Bayramov sonda muzeyin xatirə kitabına ürək sözlərini yazıb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...