Paşinyanın deputatları açıq şəkildə Putini həbs etməklə hədələyir - Korotçenko - ednews.net

8 İyun, Cümə axşamı

(+994 50) 229-39-11

Paşinyanın deputatları açıq şəkildə Putini həbs etməklə hədələyir - Korotçenko

Siyasət A- A A+
Rusiyalı siyasi ekspert və məsləhətçi, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Ermənistanın siyasətindən danışıb.
 
Ednews  xəbər verir ki, bu barədə o, Facebook-da yazıb.
 
“Ermənistan artıq o qədər dəli olub ki, parlamentdə Paşinyanın hakim partiyasının üzvləri açıq şəkildə Rusiya prezidentini həbs etməklə hədələyirlər. 
 
Onlara belə cavab vermək lazımdır:
 
1. Rusiyanın hakimiyyət dəhlizlərində erməni lobbisinin təsir imkanı sıfıra endirilməli, onlar siyasi qərarların qəbulu prosesinə dağıdıcı təsir göstərmək imkanından məhrum edilməlidir.
 
2. Rusiyanın Ermənistanla ticarət-iqtisadi əlaqələrində dünya qiymətlərinə keçid həyata keçirilməlidir. Rusiyanın enerji resurslarının (qazının) bu ölkəyə tədarükünə heç bir güzəşt olmamalıdır.
 
3. Ermənistanın kişi vətəndaşları Rusiya vətəndaşlığını almaq şərti ilə Rusiya Silahlı Qüvvələri ilə ən azı 2 il müddətinə müvafiq müqavilə bağlamalı, Rusiya bölmələrinin tərkibində xüsusi əməliyyat zonasında döyüş əməliyyatlarında məcburən iştirak etməlidirlər.
 
4. Rusiya ərazisində nasist Qaregin Njdenin xatirəsini tərənnüm edən və ya onun xatirəsini əbədiləşdirməyə cəhd göstərən hər hansı ictimai hərəkətlər Rusiya Federasiyası Cinayət Məcəlləsinin nasizmin reabilitasiyası maddəsi ilə cinayət işlərinin başlanmasına səbəb olmalıdır”, deyə ekspert qeyd edib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...