"Birinci Qarabağ müharibəsi zamanı 3890 nəfər Azərbaycan vətəndaşı əsir və girov götürülüb. Onlardan 98-i qadın, 29-uşaq, 112-si isə ahıl şəxslərdir”.
Ednews xəbər verir ki, bu sözləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli Beynəlxalq Avrasiya Mətbuat Fondunun baş ofisində Azərbaycanın Qeyri-Hökumət təşkilatları 2 əsgərimizin saxlanması və onlara qarşı qeyri-insani rəftarla bağlı beynəlxalq ictimaiyyətə müraciətlə əlaqədar iclasda deyib.
O, qeyd edib ki, Ermənistanın əsir və girovlarla bu formada rəftarı ilk belə hadisə deyil:
"Bu şəxslərin aqibəti barədə qarşı tərəf bu vaxta qədər heç bir məlumat verməyib. Biz bu son məsələ barədə də beynəlxalq təşkilatlardan dərhal reaksiya gözləyirik. Hesab edirik ki, hələ reaksiya gecikib. Ermənistanın məsuliyyətinə cavabdehlik xüsusən vurğulanmalı, beynəlxalq təzyiq gücləndirilməlidir".
Oğuz