"Sülh sazişinin imzalanmasının ləngiməsi onu göstərir ki, Ermənistanın regionda başqa maraqları var".
Ednews xəbər verir ki, bu fikirlər Türkiyə Prezident Administrasiyasının yaydığı bəyanatda yer alıb.
“Azərbaycanın maraqları regionda sülhün və sabitliyin təmin edilməsindən ibarətdir.
Rəsmi Bakı regionun inkişafında maraqlıdır və bu, 44 günlük müharibədən sonra Azərbaycanın bölgədə apardığı quruculuq işlərindən aydın görünür. Ermənistan Azərbaycanla tezliklə sülh müqaviləsi imzalamalıdır. Türkiyə həmişə olduğu kimi Azərbaycanın yanındadır, Ankara ilə Bakının qardaşlığı sarsılmazdır”, - deyə mənbə bildirib.