“İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması terror aktıdır. İrəvanda törədilən bu vəhşi əməl Avropa İttifaqını və Avropa Şurasını təşvişə salmalıdır. Beynəlxalq təşkilatlar dərhal sanksiyalar tətbiq etməli və Ermənistana maliyyə yardımını dayandırmalıdır. Paşinyan rejimi sülh danışıqlarına qoşulana və Cənubi Qafqazda zorakılıq və döyüşkənlik siyasətindən əl çəkənə qədər sanksiyalar davam etməlidir”.
Ednews xəbər verir ki, bu sözləri day.az saytına açıqlamasında ABŞ-ın Viskonsin ştatında yerləşən İqtisadi və Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru, politoloq Piter Teis deyib.
Onun sözlərinə görə, Vaşinqtonun İrəvandan uzaqlaşması və Qafqazda sülhün bərqərar olması üçün digər beynəlxalq tərəfdaşlarla ciddi işləməyin vaxtı çatıb.
“Vaşinqton və Parisin son vaxtlar İrəvana göstərdiyi yüksək sədaqət narahatedicidir. Ermənistanın faşist rəhbərliyi Avropanın təhlükəsizliyinə, iqtisadi yüksəlişinə və transatlantik əməkdaşlığa açıq təhdiddir”, - politoloq bildirib.
“Azərbaycan bayrağının yandırılması orta əsr şovinizm aktıdır və beynəlxalq idman təşkilatları İrəvanı gələcəkdə idman yarışlarına ev sahibliyi etmək hüququndan məhrum etməlidir”.
Rus dilindən çevirdi: Oğuz