“Ermənistan Qarabağda vətəndaşlarının təhlükəsiz yaşamasına təminat almaq istəyir” SİYASİ ŞƏRH

Siyasət 11:05 19.04.2023

Ermənistan hökuməti Azərbaycanla müxtəlif istiqamətlərdə aparılan danışıqların təfərrüatını açıqlayıb. Yayılan rəsmi məlumata görə, İrəvan-Bakı danışıqlar prosesinin əsas istiqamətləri, sülh və Ermənistan-Azərbaycan münasibətlərinin qurulması haqqında saziş, Qarabağ münaqişəsinin həlli, regionda nəqliyyat və iqtisadi kommunikasiyaların blokunun açılması, sərhədlərin müəyyən edilməsi və təhlükəsizlik, humanitar məsələlər olub. 

“Sülh müqaviləsi üzərində işin və əlaqələrin qurulması üç mərhələdə baş verib. Bu mərhələlərdə Ermənistan və Azərbaycan arasında müşahidələr və təkliflər mübadiləsi aparılıb. Ermənistan müşahidə və təkliflərini fevralın 14-də Azərbaycana çatdırıb. İrəvan üçün məqbul yanaşma ondan ibarətdir ki, Ermənistanla Azərbaycan arasında sazişin imzalanması Qarabağ münaqişəsinin həlli prosesindən Xankəndi ilə Bakı arasında beynəlxalq müzakirə mexanizminin formalaşacağı məntiqi ilə ayrıla bilər” - Ermənistan hökumətinin yaydığı açıqlamada bildirilir.

Mövzu ilə bağlı Ednews-a şəhr verən politoloq Qafar Çaxmaqlı bildirib ki, Ermənistan hökumətinin elan olunan bu hesabatı və sülh sazişi ilə bağlı açıqlanan fikirlər Qarabağ şərtindən imtina deyil: 

“Elə əvvəldən də Qarabağ ermənilərinin məsələsinin beynəlmiləlləşdirilməsi və beynəlxalq birlik tərəfindən mexanizmlərin hazırlanması və həlli istiqamətində təşəbbüsləri dilə gətirilirdi. İndi də əslində belə bir şərt irəli sürülür. Ermənistan başlanan Xankəndi-Bakı təmaslarına beynəlxalq libas geyindirmək, təşəbbüsü Azərbaycanın əlindən almaq istəyir. Azərbaycanla sazişdə bunun nəzərə alınması şərti var. Ermənistan həm 29, 8 kv. kilometrlik Ermənistan ərazisinə təminat almaq istəyir, həm də bu sazişdə Qarabağ ermənilərinin təhlükəsiz yaşamasına təminat almaq istəyir. Rəsmi İrəvan sözdə Qarabağın məsələsinin Azərbaycanın ərazisi bütövlüyü çərçivəsində həllinə razılıq vermək istəyir, amma beynəlxalq güclər tərkibində özünün buradakı əhali ilə bağlı qarantorluq haqqını da bir şəkildə bizə sırımağa çalışır. Xankəndi-Bakı arasında beynəlxalq müzakirə əslində məsələni "Minsk qrupu"na bənzər bir formata qaytarmaq cəhdidir". 

Q.Çaxmaqlı Ermənistanın digər hiyləsinin də üzərinə işıq saldı: 

“Sərhədlərin müəyyənləşməsinin 1991-ci il Almatı Bəyannaməsində elan olunan ərazilərlə təyin olunması cəhdi isə hazırda bizim nəzarətimizdə olan bəzi ərazilərdən Azərbaycanın çıxması deməkdir. Bu saziş imzalanarsa, Azərbaycan Qərbi Azərbaycandakı heç bir torpaq parçasına iddia irəli sürə bilməyəcək. Qazaxın 7 kəndi və Kərkidən də bəhs edilmir. Zəngəzur dəhlizi ilə bağlı Ermənistan qanunvericiliyinin tələbləri bütün ölkələr tərəfindən qorunacaq və buradakı kommunikasiya xətlərinə də Ermənistan nəzarət edəcək. Halbuki 10 noyabr 2020-ci il bəyannaməsinə görə, kommunikasiyalar Rusiya FTX-nin nəzarətində mövcud olacaqdı”.

Ekspert qeyd etdi ki, hesabatdakı digər məsələlər də Ermənistanın maraqlarına xidmət edir: 

“Ümumən belə bir saziş Ermənistana ona görə lazımdır ki, 44 günlük məğlubiyyətdən sonrakı kapitulyasiya aktından yayınsın. İndi belə alqı yarana bilər ki, İrəvan Qarabağ məsələsindən kənara çəkilib, amma şəxsən mənim müşahidələrim və Ermənistandakı siyasi mənzərə bunun belə olmadığını ortaya qoyur. Belə bir saziş Azərbaycan üçün məqbuldurmu? Hesab edirəm ki, bu, terrorçu dövlətə nəfəs almaq imkanlarını tanımaq gələcəkdə onun güclənməsinə səbəb olacaqdır. Şərtləri biz diktə etməliyik!”

Oğuz

Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO

Xəbər xətti

İki ali məktəbin bazasında tədqiqat universiteti YARADILACAQ – RƏSMİ
12:55 17.05.2024
Rəsmi Bakıdan XƏBƏRDARLIQ: “Fransa üzr istəməlidir”
12:45 17.05.2024
Azərbaycanda bu barədə attımlar atılmasa böhran gözlənilir... – Nidal Salimdən ÖZƏL AÇIQLAMA
12:30 17.05.2024
ABŞ və Britaniya səfirliklərində LGBT bayrağı qaldırıldı - FOTO
ABŞ və Britaniya səfirliklərində LGBT bayrağı qaldırıldı - FOTO
12:20 17.05.2024
Sabah IV sinif şagirdləri üçün monitorinq KEÇİRİLƏCƏK
12:09 17.05.2024
İqor Korotçenko: "Fransa Ermənistanı bu strateji məqsədlə silahlandırır" - VİDEO
12:03 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə razılığa gəldilər
11:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - FOTOLAR
11:46 17.05.2024
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
11:45 17.05.2024
Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək? – RƏSMİ AÇIQLAMA
11:40 17.05.2024
SON DƏQİQƏ! Bu ölkədə atışma
SON DƏQİQƏ! Bu ölkədə atışma
11:37 17.05.2024
İlham Əliyev Aleksandr Lukaşenkonu Füzulidə qarşıladı -FOTOLAR
11:33 17.05.2024
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
11:13 17.05.2024
Lukaşenko Füzuliyə GEDİB
11:05 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüb
11:03 17.05.2024
Ötən il Azərbaycanda 293 erkən evliliyin qarşısı ALINIB
11:00 17.05.2024
Universitetin rektoru qovuldu - Bu ölkədə
Universitetin rektoru qovuldu - Bu ölkədə
10:55 17.05.2024
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
10:50 17.05.2024
İnsan alveri qurbanlarının böyük hissəsini kişilər təşkil EDİB
10:47 17.05.2024
Azərbaycanda insan alverinin qurbanları ən çox bu şəhər və rayonlardadır
10:45 17.05.2024
Küçələrdə dilənçilik edən 342 uşaq AŞKARLANIB
10:40 17.05.2024
Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO
10:35 17.05.2024
Son zamanlar yanğın hadisələri niyə intensivləşib? – Ekspertdən XƏBƏRDARLIQ
10:30 17.05.2024
Rusiyanın Çindən gizli tələbi nədir?
Rusiyanın Çindən gizli tələbi nədir?
10:25 17.05.2024
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
10:22 17.05.2024
Mədəniyyət sarayına mədəniyyətsiz münasibət - FOTOLAR
10:20 17.05.2024
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
10:15 17.05.2024
AZAL-dan Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsəti!
10:10 17.05.2024
İrandakı səfirliyimizin yeri DƏYİŞDİRİLDİ - RƏSMİ
10:05 17.05.2024
ABŞ  Uyğur türklərinə görə 26 Çin  şirkətinə sanksiya tətbiq edib
ABŞ Uyğur türklərinə görə 26 Çin şirkətinə sanksiya tətbiq edib
10:05 17.05.2024
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
10:00 17.05.2024
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
09:55 17.05.2024
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
09:50 17.05.2024
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
09:45 17.05.2024
Bu ərazilərə qar yağıb – FAKTİKİ HAVA
09:39 17.05.2024
Azərbaycanda ata övladını məktəbə belində aparır - VİDEO
09:30 17.05.2024
Bu gün Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür
09:30 17.05.2024
Hikmət Hacıyev ABŞ-da Blinkenin müavini ilə görüşdü
09:13 17.05.2024
Azərbaycanda televiziya rejissoru vəfat etdi
09:05 17.05.2024
Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Hamısı