Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkədəki səfiri Rəşad Məmmədovu Türkiyədə baş vermiş dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılmasına verdiyi dəstəyə görə “Dövlətə Fədakarlığa” görə medalı ilə təltif edib.
Ednews “Anadolu”ya istinadən xəbər verir ki, Ərdoğan aprelin 25-də keçirilən mərasimdə səfirə diplom və medal təqdim edib.
Türkiyə Prezidenti, həmçinin bir qrup azərbaycanlı xilasedicini də təltif edib.