Etirazlarda 50-ə yaxın insan həlak oldu, minlərlə etirazçı həbs edildi Xordad HADİSƏLƏRİNƏ ŞƏRH

Siyasət 17:01 16.05.2023

12 may 2006-cı il Cənubi Azərbaycanda - etirazlar, Xordad hadisələri və ya Milli Qiyam Günü kimi nəzərdə tutulur. 2006-cı ildə İran hökumətinin hakimiyyəti altında yaşayan Azərbaycan türklərinin İran hökumətinin rəsmi mətbu orqanında təhqir olunmalarına qarşı etirazlar keçirilib.

Məsələ ilə bağlı AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli Ednews-a danışıb.

O bildirib ki, 21-ci əsrin əvvələrində ən yüksək dalğalardan biri də Xordad hadisələri idi.  Güney Azərbaycanın Milli Hərakatı olan bu hadisə 12 may 2006-cı ildə İran dövlətinin rəsmi orqanı olan “İran” qəzetinin müvafiq sayında türkləri böcək kimi təsvir edən karikatura dərc edilib. Buna etiraz edən azərbaycanlılar yaşadıqları şəhər və qəsəbələrdə aksiyalara başlayıblar.

“Tehran, Zəncan, Təbriz, Urmiya, Ərdəbil, Əhər, Həmədan, Kəleybər, Muğan, Miyanə, Marağa, Xoy, Salmas, Xiyav, Qoşaçay, Sulduz və Mərənd kimi şəhərlərdə qısa müddət sonra kütləvi balşayan etirazlar 2 həftə davam edib. 50-dən çox insan askiyada öldürülüb, yüzlərlə insan yaralanıb, minlərlə insan isə həbs edilib.  İran hakimiyyəti hər zaman ölkədə hansısa hadisə baş verirdisə  “Qərbin təxribatlarıdır” deyib, cəmiyyəti o istiqamətə yönləndirirdi. Hakimiyyət  iddia edirdi ki, türklər buna uymayacaq. Yəni Qərb adlanan ölkəyə lazımi cavabı verəcək. Halbuki, əsas probelemi yaradan İran özü idi. Baş verən milli hərəkat molla rejiminə qarşı vurulan ən ağır zərbə idi. Şüarlar arasında "Haray Haray Mən Türkəm", "Türkün dili ölməz, fars dilinə dönməz", "Azərbaycan əyilməz, Türkün beli bükülməz", "Ya azadlıq, ya ölüm", "Rədd olsun fars faşizmi" şüarları var idi.  Milli hərəkat təkcə İranda yox, ölkənin hüdudlarından kənarda yayılmağa başlamışdı”.

Faiq Ələkbərli 28 may 2006-cı ildə İslam Milli Şurasının qarşısında gerçəkləşən nümayişdə Azərbaycan türk milli hərəkatının oxuduğu önəmli tarixi sənədin vacib olduğunu vurğulayıb: 

“Həmin sənəddə göstərilirdi ki, son 100 ildə İrandakı millətlər, xüsusilə də türklər fars irqçiliyinin mədəni, siyasi, iqtisadi sahələrdə şovinizmi və ayrımçılığı ilə üz-üzə qalmış, türk dilinin və mədəniyyətinin yox edilməsi üçün hər şey edilib. Ən əsası odur ki, bölgənin 7 min illik tarixi deyil, ancaq 2500 illik Ariyan-Fars tarixi, mədəniyyəti təbliğ olunmuş, digər xalqlar, o cümlədən türklər gəlmə və vəhşi xalq olaraq tanıdılıb. Pəhləvilər dönəmində türk xalqına və digər xalqlara edilmiş haqsızlıqlar “İslam inqilabı”ndan sonra da davam etdirilib”.

Konstitusiyanın 15, 19 və 20-ci maddələrində nəzər salsaq görərik ki, fars olmayan digər xalqlarla bağlı yer alan məhdud haqlar da gerçəkləşməyib:

“Nümayişçilərin İslam Şura Məclisinin qarşısında da əsas iki tələb: 1) Türk dilinin rəsmən tanınması; uydurma “Azəri dili”nin dövlət orqanlarında, ölkənin rəsmi yazışmalarında önlənməsi; ibtidai məktəbdən başlayaraq universitetədək ölkənin türklərin yaşadığı bölgələrində ana dilində təhsil; 2) Türkcə yayımlar yapan ölkə çaplı radio-televizya mərkəzinin qurulması; Türk dil və ədəbiyyat qurumunun, ölkə universitetlərində Türk dili bölümələrinin qurulması, irəli sürmüşdü. Bununla yanaşı may hadisələri Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti parlamentlərində geniş şəkildə müzaklirə olundu və rəsmi Tehranın nümayişçilərə qarşı amansız davranışları qınandı. Günеy Azərbaycandakı milli hərəkat yenidən dünya siyasi müstəvisinə daxil oldu. Bеlə ki, artıq 26 iyun 2006-cı ildə Avropa Birliyinin üç komissiyasında “İran”la bağlı müzakirə gündəmə gətirildi. Bunlar - İnsan Haqları Komissiyası, Təhlükəsizlik Komissiyası, Avropa Birliyinin İran üzrə Xüsusi Komissiyası - İranda yaşayan Azərbaycan türklərinin, ərəblərin, kürdlərin və bəlucların, hətta İran İslam rejiminə müxalif olan fars nümayəndələri də dəvət еdilərək müzakirələrdə iştirak еtdilər. Bu tədbirdə qəbul edilən bəyanatda Günеy Azərbaycanla bağlı məsələlər də öz əksini tapdı. Bundan sonra, ABŞ Dövlət Dеpartamеnti və Avropa Parlamеnti də Günеy Azərbaycan türklərinin, eləcə də digər xalq və еtnik qrupların hüquqlarının pozulması ilə bağlı bəyanat vеrdi”.

Fəlsəfə doktoru qeyd edib ki, 22-28 may 2006-cı il may (xordad) hadisələrindən sonra Azərbaycan milli hərkatının əsas diqqət mərkəzində 2011-ci ildən etibarən Urmiya gölünün sürətlə quruması və hökumətin bu məsələyə biganə yanaşması olub.

 “O gündən bu günə Xordad hadisələri böyük təsir buraxıb. Bundan sonrakı dönəmdə də  bu, hərəkat yeni mərhələyə yol açıb. Güney azərbaycanlılarının və türklərin təşkilatlaşmasıvə güclənməsində Xordad hadisəsinin rolu olduqca böyükdür”.  

Güneyli araşdırmaçı jurnalist Elyar Kamrani isə Xordat hadisəsinə münasibət bildirib. Onun sözlərinə görə, İranda 100 ilə yaxındır ki, assimilyasiya siyasəti davam edir:

“Fərqli yerlərdə onu görürdük. Bu siyasətə qarşı olaraq azərbaycanlılar etirazlar edirdilər. Xordad qiyamından öncə müxtəlif zamanlarda türkləri məsxərə edirdilər.  Müxtəlif zamanlarda azərbaycanlılar etirazları etməyə davam edirdilər. Millət içində bu düşüncə yayıldı ki, azərbaycanlılar bu siyasəsin qarşısında yetərincə güclü dayana biliblər. Buna baxmayaraq, İran  azərbaycanlıları və türkləri hamam böcəyinə oxşatmağa Sonra  isə azərbaycanlı tələbələr etirazlar etməyə başladılar”.

Elyar Kamrani etirazlar zamanı 30-dan çox soydaşımızın İran rejiminin təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində şəhid olduğunu, yüzlərlə insan yaralanıdığını, həmçinin çoxsaylı aksiya iştirakçısı həbs edildiyini vurğulayıb:

“İran xüsusi xidmət orqanları hadisədən bir neçə ay sonra da kütləvi həbsləri davam etdirib. İran hüquq-mühafizə orqanları aksiyaların böyüməsinin qarşısını almaq məqsədilə, gücdən istifadə edərək dinc şəkildə keçirilən etiraz aksiyalarını dayandırmaq üçün tədbirlər görməyə başlayıb. Azərbaycan fəalları hələ də ölkəmizdə və kənar hüdudlarda bu qiyamı  yaddaşlardan çıxaramamq üçü etirazlar, edir və şüarlar səsləndirilər. Bununla bağlı bu il də mayın 20-də Almaniyanın paytaxtı Berlində etiraz aksiyası keçiriləcək”

Aysel Şahmar

 
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO

Xəbər xətti

Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb
19:47 08.05.2024
Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb
18:36 08.05.2024
MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub
18:24 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
18:17 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul etdi
17:45 08.05.2024
İlham Əliyev İsmail Serageldini təltif etdi
17:32 08.05.2024
XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq
17:10 08.05.2024
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
17:03 08.05.2024
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
17:00 08.05.2024
Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı
16:49 08.05.2024
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
16:39 08.05.2024
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
16:35 08.05.2024
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
16:25 08.05.2024
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
16:20 08.05.2024
Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
16:10 08.05.2024
Moskva Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Almatı görüşünü ALQIŞLAYIR
16:00 08.05.2024
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub
15:50 08.05.2024
Bolqarıstan Prezidentinin şərəfinə rəsmi nahar verildi
15:42 08.05.2024
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub
15:04 08.05.2024
Azərbaycan yazıçılarının QORXULARI - SORĞU
15:00 08.05.2024
3 ildir axtarılan qadın HƏBS EDİLDİ
14:48 08.05.2024
Rumen Radev: “Bolqarıstanla Azərbaycanı qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir”
14:42 08.05.2024
Hamısı