“Türkiyə kimi vətənimiz, Türkiyə kimi evimiz olduğu üçün Allaha nə qədər şükür etsək, azdır”.
Ednews xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Twitter”də bildirib.
O, qeyd edib ki, ortaq tariximiz, dilimiz, inancımız və mədəniyyətimiz bir olan bütün ölkələrlə yenidən qucaq açdıq:
“Türk Dövlətləri Təşkilatını yaratmaqla Türk dövlətləri ilə əlaqələrimizi daha da gücləndirdik. Can Azərbaycanla birlikdə 30 illik işğaldan sonra Qarabağı müstəqilliyinə qovuşdurduq”, - deyə Ərdoğan vurğulayıb.
O, paylaşımına Şuşada çəkilən fotonu da əlavə edib.