“Ermənistan iki hərbçimizin qaytarılmasına razılaşarsa, sülh müqaviləsinə dəstək olacaq” Ekspert

Siyasət 14:30 29.05.2023
Prezident İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə bir müddət əvvəl yolu azaraq Ermənistan ərazisinə keçən və orada işgəncələrə məruz qalan iki hərbçimizdən danışıb. Dövlət başçısı qeyd edib ki,  İkinci Qarabağ müharibəsi başa çatandan sonra Ermənistanla Azərbaycan nümayəndələri belə bir razılığa gəliblər, əgər kimsə yolu azsa, əgər belə bir hal baş verərsə, maksimum iki günə o adamlar qaytarılmalıdır.
 
Məsələ ilə bağlı Ednews-a açıqlamasında hüquq üzrə fəlsəfə doktoru, beynəlxalq hüquq üzrə ekspert Elgün Səfərov söyləyib. 
 
O bildirib ki, videogörüntülərdən də görünüb ki, hərbiçilərimizə şiddət və zorakılıq göstərilir. 
 
“Onlar ağır şəkildə döyülüb və işgəncələrə məruz qalıblar. Bu cür pis rəftar beynəlxalq humanitar hüquqa ziddir, tamamilə qəbuledilməzdir və beynəlxalq səviyyədə qınanılmalıdır. Bu da Cenevrə Konvensiyası, işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyalar üzrə şərtlərinin pozulmasının göstəricisidir. Digər tərəfdən isə burada status verilmə məsələsi var. Əgər dövlət yolunu azaraq getmiş şəxsi  əsir düşmüş kimi status verirsə Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK)  vasitəsi ilə məsələni həll etməlidir. Lakin müharibə dövrü olmadığı üçün həmin hərbçilərə əsir düşmüş demək olmaz. Səhvən sərhədi keçən birinin  məhkəmə qərarı ilə dəyişdirilməsi mümkündür. Dəfələrlə Azərbaycan Respublikasının rəsmi qurumları tərəfindən bildirilib ki, siz bizim əsgərlərimizi qaytarın, qarşılıq olaraq da biz də sizin əsgərlərinizi geri qaytaraq.  BMT-nin İşgəncələrə qarşı Komitəsində bu məsələni qaldırmaq mümkündür”.
 
Ekspert  Hüquqi stustlardan istifadə edərək Beynəlxalq Cinayət Məhkəməsinə eyni zamanda BMT-nin İşgəncələrə qarşı Komitəsinə bir sıra müraciətlər etmək olar. 
 
“Buna baxmayaq Ermənistan Respublikası hüquqi statusları nəzərə almır.  XİN tərəfindən işgəncələrə məruz qalan iki hərbçimizlə bağlı rəsmi şəkildə  bir neçə müraciət olub. Bu gün Azərbaycan bütün işlərində sülhün olması və qorunması üçün addımlar atdığını görürük. Bu gün sülh müqaviləsini bağlamaq istəyən ölkəyə qarşı isə belə səhv addımlar atılır. Ermənistan XİN rəhbəri məntiqə uyğun  olmayan siyasət yeridir. Ya sülhə doğru addım atılmalıdır, ya da Prezidentin dediyi kimi Ermənistan bu razılaşmaları pozursa, bunun acısını  özü çəkəcək. Bu məsələlərdə Ermənistan məsuliyyət daşıyır. Çünki dəfələrlə xəbərdarlıq edilib. Ermənistana çağırış edirik ki, iki nəfər hərbçinin qaytarılmasına və yaxud dəyişdirilməsinə razılaşsın, bu da sülh müqaviləsinə dəstək olacaq”. 
 
Qeyd edək ki, aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. Sosial şəbəkələrdə yayılmış videogörüntülərin birində əsir götürülmüş Axundov Hüseyn Əhliman oğluna qarşı fiziki işgəncə və qeyri-insani rəftar halları əks olunub.
 
Aysel Şahmar 
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Bizi xaricdən izləyirmişlər -DTX əmliyyat keçirdi
13:39 08.07.2025
"Mən ləyaqətli ölümdən və ya şəhidlikdən qorxmuram"
13:21 08.07.2025
Türkiyə Ukraynadan cavab gözləyir
13:06 08.07.2025
Antarktikada Yer kürəsinin "buz arxivi" tapıldı
12:50 08.07.2025
Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Hamısı