İRAN-Taliban qarşıdurmasındakı görünməz əlin sahibi kimdir? Politoloq gizli məqamları AÇIQLAYIR

Siyasət 15:45 29.05.2023

İran-Əfqanıstan sərhədində yerləşən Hilmənd çayından istifadə üstündə yaranan münaqişə nəticəsində hər iki tərəfdən iki sərhədçinin ölümünün ardından Taliban İrana qarşı müharibə elan edib. Terrorçu  təşkilat İran ordusunu zəif və perspektivsiz adlandırıb. 

Taliban və qonşusu İran bazar günü sərhəddəki toqquşmaların səngidiyini, hər iki tərəfin gərginliyi azaltmaq üçün danışıqlara başladığını bildirib.

Danışıqlar nəticə verməsə, region yeni lokal müharibənin şahidi ola bilərmi? Baş verənlərin pərdəarxasında hansı qüvvələrin əli ola bilər?

Son hadisələrlə bağlı Ednews-un suallarını cavablandıran politoloq Ramiyə Məmmədova bildirib ki, Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən bu günə kimi bütün dünya tərəfindən təcrid edilən Talibanla əlaqələrini davam etdirən yeganə ölkə ABŞ-dır. 

Politoloqun sözlərinə görə, ABŞ Yaxın Şərqdə özünə tərəfdaş axtarır:

“Taliban dünyada terror təşkilatı kimi tanınıb. ABŞ günümüzdə demokratiya deyib bar-bar bağırır, lakin Əfqanıstandakı normal həyatı dağıdaraq guya şəriət qanunlarını icra edən Talibanı hakimiyyətə gətirən də özü oldu. Demokratiyanın bərqərar olmasını istəyən Amerika özünə lazım olanı edir. O, Yaxın Şərqdə özünə tərəfdaş axtarır. İraq, Liviya, Suriyada özünə uyğun terror təşkilatlarını dəstəklədiyi kimi, Əfqanıstanda da Talibana dəstək verir. Talibanı sivil hakimiyyət kimii heç bir dünya dövləti qəbul etmir. Onların görüşdüyü yalnız ABŞ dövlət rəsmiləridir. Bir neçə gün bundan öncə Rusiyanın Müdafiə naziri Şoyqu da Talibanın bütün dünya, eləcə də Rusiya üçün təhlükə olduğunu bəyan etdi”. 

R.Məmmədova qeyd edib ki, İranla Əfqanıstan arasındakı insidentlər Talibanın üçüncü bir tərəfin sifarişini yerinə yetirdiyini deməyə əsas verir:

“Bu sifariş artıq bir müddətdir İranı vurmağa çalışan və lokal da olsa müharibə yaratmağa cəhd göstərən ABŞ tərəfindən verilib. Fikrimcə, Taliban 24 saat ərzində təmamilə İranı zəbt edə biləcəyi barədə bəyanat verməz. O özü də çox gözəl bilir ki, bu qədər qüvvəsi yoxdur. Ona hərbi qüvvə ancaq ABŞ-dan gələ bilər. Bu bir növ ABŞ-ın İrana mesajıdır”. 

Politoloq onu da əlavə edib ki, İsrail və ABŞ İrana qarşı müharibə başlatmaq istəyirsə, bunu bilavasitə deyil, dolayısı ilə Talibanın əli ilə edə bilər:

“Necə ki, Ukraynanı bir ildən çoxdur davam edən savaşa sürüklədi, Əfqanıstanı da İran-İsrail-ABŞ müharibəsini başlatmaq üçün poliqona çevirə bilər. Əfqanıstan daim müharibələrə şahidlik edən bir coğrafiyadır. ABŞ Əfqanıstan kimi dövlətləri 2, hətta 3-cü sort dövlət kimi qəbul edir. Bu ərazilərdə müharibə başlatmaq onun üçün çətin deyil. İran-Əfqanıstan çatışması, əgər iki dövlət masaya oturmasa, genişlənə bilər və o zaman ABŞ izini daha aydın görə biləcəyik”.

 

Törə Zeynallı 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
Hamısı