Azərbaycan və erməni ekspertlərdən AÇIQLAMA

Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilən GLOBSEC 2023 Bratislava Forumunda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə birgə “Enerji və iqlim təhlükəsizliyi: Çıxarılan dərslər və gələcəyə baxış” adlı tədbir (side event) təşkil olunub.
 
Forum çərçivəsində "Dinc gələcəyə doğru: "Cənubi Qafqaz üçün yeni şəfəq" (“Energy and Climate Security: Lessons Learned and Way Ahead”) adlı panel müzakirələrində iştirak edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan-Ermənistan əlaqələri və regionda sülh prosesi barədə danışıblar.
Azərbaycn tərəfi İkinci Qarabağ müharibəsindən əvvəl də, sonra da hər zaman Ermənistana sülh danışıqları üçün müraciət edib. Azərbaycan münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarı olub və olmaqda da davam edir. Bunun üçün dəfələrlə bu cür sülh danışıqlarında iştirak edib. 
 
Bəs, bu dəfəki danışıqlar sülhün gedişatına öz təsirini göstərəcəkmi? 
 
Məsələni Ednews şərh edən politoloq Tofiq Abbasov deyib ki, bu cür danışıqlar ortaq məqamların müəyyən, razılıqların əldə olunması üçündür:
 
“Ermənistanın sülh prosesinə hazırlığı çox zəif bir səviyyədədir. Ermənistan sülhün əleyhinə işləyir. Onlar düşünür ki, sülh Azərbaycana daha çox mənfəət gətirəcək, nəinki Ermənistana. Əslində isə bu, belə deyil. Bu cür yanaşma ilə Ermənistan tərəfi düşünür ki,
Azərbaycan onlardan çəkinir, nədənsə qorxur. Əksinə Azərbaycan qalib ölkədir. Biz unikal bir nümunə yaratdıq. Müharibədə qalib olduqdan sonra biz onlara sülh təklif edirik. Onlar elə siyasət yürüdürlər ki, sülh uğrunda olan mübarizəni uduza bilərlər. Amma bunu da uduzsalar, Ermənistanın fəlakəti ola bilər. Çünki onsuzda Qarabağ bizdədir. Qarabağda biz öz səliqə-səhmanımızı yaradırıq və yaratmaqda da davam edirik. Amma itirən tərəf Ermənistan olacaq. Ona görə də onlar gərək sülh danışıqlarında riyakarlıq, yalan yox, həqiqətə baxaraq, özlərinin mövqeylərini istifadə edərək sülhə hazır olduqlarını bildirsinlər. Əgər dildə sülh deyib, arxadan bizə zərbə vurmaq istəyəcəklərsə, o zaman onların başı əziləcək.”
 
Erməni siyasi fəal İşxan Verdiyan isə hesab edir ki, artıq iki ölkə arasında razılaşmalar olub:
 
 
“Çox güman ki, iki ölkənin liderləri arasında artıq bütün razılaşmalar əldə olunub və yuxarıda adlarını çəkdiyim rəsmilərin tez-tez görüşləri əldə olunmuş razılaşmaların təmin edilməsi üçün intensiv işlərin aparıldığını göstərir. İstənilən dialoq müsbət siqnal sayıla bilər, əgər görüşdən sonra qeyri-aqressiv və ziddiyyətli bəyanatlar eşidilməzsə, o zaman dialoq müsbət mənada baş tutub və tezliklə nizamlanmaya ümid yarada bilər”.
 
Ülviyyə Şahin 
Xalqın sevimlisi Qənirə Paşayevanın HƏYAT YOLU