Separatçılar Şuşa istiqamətində döyüş mövqelərinə yol çəkirlər

Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında mühəndis texnikası cəlb etməklə Şuşa və Xocavənd rayonları istiqamətində döyüş mövqelərinə təminat yolunun çəkilməsi məqsədilə torpaq yolda genişləndirmə və təmir-bərpa işləri görməyə cəhd ediblər.
 
Ednews  xəbər verir ki, bu barədə MN-in yaydığı məlumatda bildirilib.
 
Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
 
Qənirə Paşayevanın son müsahibəsi - VİDEO