Ankarada “Külliye” Prezident Sarayında Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan qeyri-rəsmi formatda söhbətləşiblər.
Ednews xəbər verir ki, teleqram kanallarında yayılan fotolarda mərasim sonrası ölkəmizin başçısı ilə Paşinyanın dəhlizdə söhbətləşdiyi əks olunub.