“Beynəlxalq ictimaiyyət Ermənistanın ekoloji terroruna son qoymalıdır” Yeni zavoddan yayılacaq təhlükə DEPUTATIN ŞƏRHİNDƏ

Siyasət 14:00 07.06.2023
Ermənistan növbəti dəfə Azərbaycana qarşı ekoloji cinayətə əl atmaq niyyətindədir. 
 
Belə ki, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə Ermənistanın inşasını nəzərdə tutduğu iri metallurgiya zavodu ətraf-mühitə birbaşa təhdid ola bilər. Zavodun Araz çayının kənarında Arazdəyən kəndində yerləşəcəyi bildirilir. Bu da çayın Ermənistan tərəfindən keçib ölkəmizə tökülən hissəsinin çirklənməsi deməkdir.  
 
“Bu zavodun inşası ətraf-mühitin, ekosistemin geniş miqyasda ziyan görməsinə, havanın zəhərli tullantılarla çirklənməsinə səbəb olacaq. Artıq Naxçıvan əhalisi, Sədərək sakinləri bununla bağlı etirazlarını bildirir”. 
 
Bu fikirləri Ermənistanın növbəti ekoloji terroru barədə danışan deputat Vüqar İskəndorov Ednews-a açıqlamasında bildirib. 
 
Deputat qeyd edib ki, Ermənistan hər zaman olduğu kimi ekoloji terrorla məşğuldur. Oxçuçay və Araz çayının digər ərazilərdən keçən hissələrini tullantılarla çirkləndirib.
Zavod inşa edilsə, oradan xaric olunan zəhərli qazlar, kimyəvi maddələr və digər tullantılar birbaşa çaya axıdılacaq. Bu, Ermənistanın növbəti ekoloji cinayətidir. 
 
“Ermənistan dəfələrlə törətdiyi beynəlxalq cinayətlərilə bütün dünyada məşhurdur. Ermənistanın ekoloji cinayətləri tək havanın və suyun  çirklənməsilə nəticələnməyib, eyni zamanda Azərbaycanın meşə fondunun əhəmiyyətli hissəsi məhv edilib, 100 illərlə yaşı olan ağaclar qırılıb, bitki örtüyünü dağıdılıb. Metallurgiya zavodunun inşası bu silsilə cinayətin davamıdır. Araz çayının axdığı Azərbaycan ərazilərində yaşayan əhalinin sağlamlığı təhlükədədir”. 
 
 
V.İskəndərov onu da əlavə edib ki, həm Azərbaycan, həm Ermənistan “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Konvensiyanın tərəfləridir. Həmin Konvensiyanın tələbinə görə, bir ölkənin öz ərazisində planlaşdırdığı iri təsərrüfat fəaliyyəti digər ölkələrin ərazisinə mənfi ekoloji təsir göstərərsə, bu fəaliyyət həmin ölkələrin müvafiq qurumları ilə razılaşdırılmalıdır. 
 
“Yəni, Ermənistan sərhəddə belə bir zavod inşa etmək istəyirsə, mütləq məsələni Azərbaycanla razılaşdırmalıdır. Azərbaycan tərəfindən müvafiq qurumlar, ekspertlər əraziyə baxmalı, zavodun hansı məqsədlə inşa edilməsi, nə ilə çalışacağı öyrənilməli, qiymətləndirmə aparılmalı, yalnız bundan sonra Konvensiyanın şərtlərini uyğun müvafiq rəy verilməlidir. Bu rəyə əsasən zavodun inşa edilib, edilməməsi qərarlaşdırılmalıdır. İnsanlığa qarşı dəfələrlə cinayət törətmiş bir ölkənin həyata keçirmək istədiyi ekoloji terrora son qoymaq üçün beynəlxalq ictimaiyyət hərəkətə keçməlidir”.
 
 
Törə Zeynal
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
Hamısı