Putin və Səudiyyə vəliəhdi ikitərəfli əlaqələri müzakirə edib.
Ednews Skynews-a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinlə Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman bin Əbdüləziz Əl Səud arasında telefon danışığı olub.
Telefon danışığı zamanı ikitərəfli əlaqələrin gücləndirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi müzakirə edilib.
Putin və Məhəmməd bin Salman ölkələrinin OPEC + çərçivəsindəki əməkdaşlığını yüksək qiymətləndiriblər. Bildirilib ki, bu əməkdaşlıq neft istehsalı və ixracında tələb-təklif arasında balansın təmin edilməsi üçün effektiv addımların atılmasına imkan verir.
Tərəflər qlobal enerji bazarlarında sabitliyin təmin edilməsi məsələsini də ətraflı müzakirə edib.
Törə Zeynal