Ceyhun Bayramovun Mirzoyanla Vaşinqton görüşü TƏXİRƏ SALINDI

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ABŞ-da keçirilməsi planlaşdırılan danışıqların növbəti raundu təxirə salınıb.
 
Ednews  “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 
 
"Azərbaycan tərəfinin xahişi ilə gələn həftə Vaşinqtonda keçirilməsi planlaşdırılan müzakirələrin növbəti raundu təxirə salınır. Görüşün yeni tarixi barədə məlumat veriləcək", - məlumatda bildirilib.