“Azərbaycanla Ermənistan arasında nəqliyyat əlaqələrinin açılmasına çalışırıq. Moskva bu məqsədlə, demək olar, hər gün Bakı və İrəvanla əlaqə saxlayır”.
Ednews xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.
O bildirib ki, Rusiya danışıqlarda iştirak edir, məsələnin həlli üçün təkliflər irəli sürür:
“Biz Azərbaycan və Ermənistanın Baş nazir müavinləri arasında əlaqəni təmin edirik".
A.Overçuk nəqliyyat kommunikasiyalarının nə vaxt açılacağı barədə suala konkret cavab verməyib.