Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında görüş gələn həftə Vaşinqtonda baş tutacaq.
Ednews “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan məlumat verib.
Qeyd edək ki, daha əvvəl Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında iyunun 12-də Vaşinqtonda keçirilməsi nəzərdə tutulan müzakirələrin növbəti raundu təxirə salınmışdı.