Türk birliyi yaradılmalıdır! Deputatın təklifinə ekspertlərdən CAVAB

Siyasət 17:00 07.07.2023
 
Deputat Qüdrət Həsənquliyev Azərbaycan və Türkiyə münasibətlərinin daha da yüksək səviyyəyə çıxarılmasını və eyni zamanda iki ölkənin Avropa İttifaqına bənzər birlik yaratmalı olduğu fikri ilə çıxış edib.  Sözsüz ki, iki ölkə arasındakı əlaqələrin artıq bir üst səviyyəyə çıxarılması məsələsi istər dövlət səviyyəsində, istərsə də cəmiyyət arasında müsbət qarşılanan bir məsələdir. 
 
Bəs Aİ kimi bir modelə keçmək ölkəmizə müsbət və mənfi olaraq hansı vəziyyətləri yarada bilər?...
 
Ağ partiyanın sədri Tural Abbaslı məsələ ilə bağlı görüşlərini Ednews-a paylaşıb...
 
“Sözsüz istənilən halda Azərbaycanın atdığı hər bir addımın müsbət və mənfi tərəfləri vardır. Ən əsası da münasibətlər çərçivəsində atılan addımlarda. Məsələn, Rusiya ilə yaxınlaşdıqda Qərblə, Qərblə yaxınlaşdıqda Rusiya ilə, İsrail ilə yaxınlaşdıqda İran ilə və.s. çətinliklər yaşana bilər. Yəni dünya çoxqütblü bir hal alıb, artıq istənilən bir dövlət hər hansısa digər bir dövləti öz əhatə dairəsində saxlamaq üçün müəyyən təzyiqlərə əl atır. Lakin Türkiyə - Azərbaycan münasibətləri artıq elə bir həddə gəlib ki, kənar dövlətlər bu münasibəti öz təsir dairəsinə salmaqdan çəkinir və yaxud da elə bir addıma əl atmır. Bir millət, iki dövlət prinsipi ilə addım atan dövlətlər artıq ordu səviyyəsində belə oxşarlığa gedib ki, Prezident İlham Əliyevin Azərbaycan Silahlı Qüvvələrinin, Türk Silahlı Qüvvələrinin modelinə bənzədiləcəyi fikrini açıq bir şəkildə bəyan edib. Bu özü belə açıq bir nümunədir ki, kənar dövlətlər iki ölkə arasındakı iqtisadi, siyasi və güclü mədəni əlaqələrlə qəbullansınlar. Məhz ona görə belə bir ittifaqın yaradılmasının xarici qüvvələr tərəfindən mənfi qarşılanmasına inanmıram. Lakin mən Qüdrət bəyin fikrini birazda genişləndirmək istəyirəm ki, sırf iki ölkə arasında deyil də, ümumi olaraq Türk Dövlətləri arasında Avropa İttifaqına bənzər bir ittifaq yaradılmalı, hətta NATO kimi hərbi ittifaq da yaradılmalıdır”.
 Söhbət zamanı partiya başkanı belə bir vəziyyətdə Türkiyə daxilində yaşayan ərəb, əfqan və türk millətlərinin kütləvi şəkildə Azərbaycana köç etməsi haqqında fikirlərə də aydınlıq gətirib.  
 
“Zənnimcə bu bizim üçün problem olmaz. Adicə öz ölkəmizdə belə bir-birindən fərqli bir neçə etnik millətlər yaşayır. Yerləşdiyimiz coğrafi regiona görə də, tarixdə baxsaq, rahat bir şəkildə görə bilərik ki, 100 illər boyu bu formada yaşamışıq. Fikrimcə, Multikultural və tolerant millət olaraq bu bizə problem yaratmaz”.
Məsələ ilə bağlı türk siyasi ekspert Mustafa Alkan da öz fikirlərini bölüşüb. Məsələ ilə bağlı danışan ekspert qeyd edib ki,  Azərbaycan – Türkiyə münasibətlərinin bir üst səviyyəyə çıxarılması məsələsi çox mühüm məsələdir. Onun sözlərinə görə, iki ölkə arasındakı münasibətlər “Şuşa Bəyənnaməsi”ndən əvvəl qardaşlıq, dostluq prinsipləri ilə gerçəkləşdirilib, indi isə artıq imzalanan bəyənnaməyə əsasən müttəfiqlik prinsipinə keçib.
 
“ Sözsüz bu bəyənnamə vasitəsi ilə münasibətlər bir üst səviyyəyə çıxarılıb, istər siyasi, istər iqtisadi, istərsə də mədəni aspektdən inkişaf edib. Burada əsas mühüm məsələ odur ki, onsuzda iki ölkə bu münasibətlərin bir üst səviyyəyə çıxarılması üçün müəyyən işlər görür və zənnimcə iki ölkə arasındakı münasibət daha çox digər türk dövlətləri üçün nümunəvi model rolu oynamaladır. Çünki belə bir nümunə elə də çox yoxdur. Avropa Birliyinə bənzər bir düşüncəni isə iki ölkə ilə məhdudlaşdırmaq deyil də Türk Birliyi Ölkələrinə model olaraq istifadə etmək olar. İqtisadi, siyasi, mədəni aspektlərdə əlaqələr qurulmağa başlayar və daha sonrasında zamanla yeni aspektlərdə münasibətlər inkişaf etdirilər. Sözsüz Avropa Birliyindən sadəcə mənimsəyə bildiyimiz şeyləri götürmək daha çox sərf edər. Bir də əlavə etmək istəyirəm ki, belə bir ittifaq modelini Türk Birliyinə inteqrasiya etsək orada zənnimcə Aİ – da olduğu kimi 2 dənə, Fransa və Almaniya kimi lokomotiv ölkələr olaraq Türkiyə və Azərbaycanı göstərə bilərik”.
Ekspert düşünür ki,  nəticə etibarı ilə belə üst səviyyə münasibətlər ittifaq çərçivəsində bir problem yaratmayacaq. 
 
“Aİ- də göstərə biləcəyimiz tək problem bərabərsizlik və daxilindəki ölkələrə fərqli kriteriyalar qoymasıdır ki, Türk dövlətləri isə özlərinə fayda göstərə biləcək kriteriyalar yaradaraq stabil bir ittifaq yaradıla bilər”.
 
Siyasi anailitik Göktuğ Çalışkan fikirlərini bizimlə bölüşüb...
 
“Azərbaycan və Türkiyə həm Çinin “Bir Kəmər, bir Yol” təşəbbüsünün ən mühüm marşrutlarından biri üzərində olması, həm də Türkiyənin Azərbaycan və digər Türk Cümhuriyyətləri ilə siyasi, ticari və strateji əməkdaşlığını artırmaq imkanları baxımından böyük əhəmiyyət kəsb edən iki ölkədir. Son zamanlar geosiyasi mövqedən başqa, Azərbaycan və Türkiyənin bir-birinin hava məkanından birgə istifadə etməsi məsələsi də gündəmdədir. Bu vəziyyətin reallaşması həm Türkiyəyə Qafqazda, həm də Azərbaycana İran və digər ölkələrə qarşı ciddi güc verəcək. Beləliklə, hər iki ölkə strateji və geosiyasi təsirlərini daha da artırmaq imkanı tapa bilər. Birliyin yaradılması üçün Zəngəzur dəhlizinin açılması çox vacibdir. Çünki bunun üçün keçid olmalıdır. Bundan əlavə, belə bir birlik həm Türk Birliyinə gedən yola yaxınlaşmaq, həm də türklərin dünyada təsir dairəsini, iqtisadi-siyasi imkanlarını genişləndirmək deməkdir”. 
 
Siyasi şərhçi Birliyin yaradılmasında ortaya çıxan mənfi cəhətlərdən də danışıb.
 
“Rusiya və İranın bununla bağlı mümkün mənfi münasibəti onların Azərbaycan və Türkiyəyə münasibətində ciddi dəyişikliklərə səbəb ola bilər. Ola bilsin ki, Türkiyə Yaxın Şərq, Balkanlar, Qafqaz və Mərkəzi Asiyada siyasətin qurulması prosesində Rusiyanın maneəsi ilə qarşılaşa bilər. Ancaq Ukrayna məsələsinə görə Rusiyanın bu vəziyyətə reaksiya verməyəcəyini gözləmək olar. Ona görə də deyə bilərik ki, birlik məsələsi daha müsbət cəhətləri olan bir məsələdir”.
 
Əkbər Şəbəndəyev
BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib
00:03 12.05.2024
İngiltərə Premyer Liqası: “Tottenhem” Premyer Liqanı tərk edən “Börnli” üzərində əzmkar qələbə qazanıb
23:40 11.05.2024
Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq
23:23 11.05.2024
Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib
23:00 11.05.2024
Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib
22:40 11.05.2024
Ukrayna Rusiyanın Su-25 qırıcısını vurub
22:22 11.05.2024
Belqorodda ağır yol qəzasında hərbçilər də daxil olmaqla 8 nəfər yaralanıb
22:00 11.05.2024
Fəxrəddin Manafov "Xarıbülbül" festivalı barədə ürək sözlərini bölüşdü - VİDEO
21:30 11.05.2024
Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb
21:25 11.05.2024
Donetskin atəşə tutulması nəticəsində 9 nəfər ölüb
21:16 11.05.2024
Zeynəb Xanlarova "Xarıbülbül" festivalından danışdı - VİDEO
21:00 11.05.2024
ABŞ səfiri: ADA Universiteti və Vaşinqton Hüquq Kollecinin tərəfdaşlığı akademik dialoqa töhfə verir
20:51 11.05.2024
"Heç kəsin yuxusuna da gəlməzdi ki..." - Polad Bülbüloğlu - VİDEO
20:30 11.05.2024
FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb
20:25 11.05.2024
"Azərbaycan inkişaf möcüzəsi ilə dünyanı heyrətləndirməkdə davam edəcəkdir"
20:09 11.05.2024
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk gənclər konfransı keçirilib
19:55 11.05.2024
"Zəfərimizə layiq bir festival oldu" - Anar Rzayev - VİDEO
19:53 11.05.2024
İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi
19:43 11.05.2024
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxış edib - VİDEO
19:15 11.05.2024
Azərbaycan qarğıdalı idxalını 34 % artırıb
19:15 11.05.2024
Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb
19:10 11.05.2024
Azərbaycanda 5,2 maqnitudalı zəlzələ olub
18:56 11.05.2024
İlham Əliyev Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında çıxış edib - VİDEO
18:48 11.05.2024
Luka Modriç mövsümün sonu "Real"dan ayrılacaq
18:29 11.05.2024
Baş nazir: Gürcüstan Aİ ilə bağlı xarici siyasətini dəyişməyəcək
18:00 11.05.2024
Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb
17:34 11.05.2024
BAMF – ın tərəfdaşı Heidi Kühn ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb - FOTOLAR
17:08 11.05.2024
Makrondan növbəti VƏD: “Aİ Ukraynaya hərbi dəstəyi gücləndirəcək”
17:00 11.05.2024
“Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb
16:30 11.05.2024
DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
16:00 11.05.2024
İspaniyalı fotoqraf Qervasio Sançez BAMF-ın qonağı olub - FOTOLAR
15:40 11.05.2024
ICESCO-nun Baş direktoru: Heydər Əliyev Fondu əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir
15:30 11.05.2024
Baş direktor: “ICESCO işğaldan azad olunmuş torpaqlara ayaq basan ilk beynəlxalq missiyadır”
15:25 11.05.2024
Prezident: “Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir”
15:23 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:20 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:18 11.05.2024
Rusiya ordusu Ukraynanın 6 yaşayış məntəqəsini nəzarətə götürüb
15:15 11.05.2024
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
15:14 11.05.2024
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
15:14 11.05.2024
Azərbaycan lideri: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq - VİDEO
15:12 11.05.2024
Hamısı