Politoloq: "Azərbaycan bununla bağlı Rusiya və Ermənistana konkret vaxt verib"

Siyasət 11:00 10.07.2023

Separatçılar və Ermənistandakı revanşistlərin təşvişi artıb. Onlar hesab edirlər ki, Xankəndi və ətrafında suverenliyimizin bərpası üçün həlledici addımlara hazırlıq gedir. Bu ehtimal nə qədər doğrudur?

Bu barədə Ednews-a politoloq Oqtay Qasımov bildirdi ki, Azərbaycan 44 günlük müharibə və bundan sonra bütün ərazilərində özünün bütövlüyünün və suverenliyinin bərpası istiqamətində ardıcıl addımlar atır:

"Diqqət bu çərçivədə konkret hədəflərə yönəldilib. Bir-bir bu hədəflərə çatılır. Hazırkı dövrdə sülh müqaviləsinin imzalanması əsas məsələdir. Amma indi rus sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərimizdə iki vacib məsələ həll olunmalıdır. Birincisi, Ermənistanın ərazilərimizdə qalan 10 min nəfərlik hərbi birləşmələrinin tərksilah edilməsi və çıxarılması; ikincisi, Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası prosesinin həyata keçirilməsi. Bunlar əsas hədəflərdir və bu yöndə müvafiq addımlar atılır. İlk növbədə, təhlükəsizliyə təhdid olan hərbi birləşmələrin çıxarılması yönündə ardıcıl tədbirlər görülür.

Ən önəmlisi, Laçında sərhəd-buraxılış məntəqəsinin yaradılması oldu. Bundan sonra Ermənistanın Qarabağın dağlıq hissəsindəki birləşmələrinin təminat və təchizatında ciddi problem yaranıb. Hərbi terminlə desək, onlar mühasirəyə düşdülər. Azərbaycan bu ərazilərinə qanunsuz silah-sursatın və canlı qüvvənin daşınmasına imkan vermir. Bu da oradakı qanunsuz hərbi birləşmələrin durumunu çətinləşdirir. Amma Rusiya sülhməramlılarının da dəstəklədiyi qüvvələr zaman-zaman təxribatlara əl atırlar. Son olaraq, Vaşinqtonda danışıqların getdiyi vaxtda da belə hal yaşandı. Azərbaycan ordusunun sərt cavabı nəticəsində təxribat törədən 5 erməni hərbçis məhv edildi. Növbəti belə addımların atılacağı istisna deyil".

Politoloq hesab edir ki, hansısa bir nöqtədə Azərbaycan bununla bağlı Rusiya və Ermənistana konkret vaxt verib, xəbərdarlıq edə bilər: 

"Çünki üçtərəfli bəyanatın müvafiq bəndinə görə, Rusiya həmin birləşmələrin ərazimizdən çıxarılmasını təmin etməli idi. Ona görə də, Azərbaycan qarşıdakı dövrdə öz hədəflərinə doğru ardıcıl addımlar atacaq. Qeyd etdiyimiz problemlərin həllinə yönəlmiş hərəkət davam edəcək. Ya Ermənistan qüvvələrini özü çıxaracaq, ya da bu prosesi Azərbaycanın özü həyata keçiriəcək.

Reinteqrasiya prosesinə mane olan bir məsələ də var, bu, Xankəndidəki separatçı rejimin Ermənistan tərəfindən maliyyələşdirilməsi ilə bağlıdır. Buna qəti şəkildə son qoyulmalıdır. Çünki hər il bu separatçı rejimə 400 milyon dollar ayrılır. Bunun da əksər hissəsi hərbi birləşmələrin saxlanılmasına və təminatına xərclənir.

Ermənistan və separatçılar daxilindəki isterikaya gəlincə, qorxunun əcələ faydası yoxdur. Azərbaycanın ərazi bütövlüyünü tanımayana qədər belə addımlarla üzləşəcəklər. Bu yanaşması Ermənistanın özü üçün ciddi təhdid təşkil edəcək. Ermənistan və separatçılar üçün ən doğru yol başqa-başqa yerləri yardıma çağırmaq deyil. Onların müraciət edəcəkləri bir ünvan var: Bakı! Azərbaycan dövlətinə müraciət etməlidirlər və münasibətləri onunla qurmalıdırlar. Hansısa kənar qüvvə onların məsələsini həll edə bilməz. Çünki bu məsələdə əsas mövqe Azərbaycanındır və bu da nəzərə alınmalıdır və alınacaq".

Oğuz 

BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib
00:03 12.05.2024
İngiltərə Premyer Liqası: “Tottenhem” Premyer Liqanı tərk edən “Börnli” üzərində əzmkar qələbə qazanıb
23:40 11.05.2024
Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq
23:23 11.05.2024
Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib
23:00 11.05.2024
Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib
22:40 11.05.2024
Ukrayna Rusiyanın Su-25 qırıcısını vurub
22:22 11.05.2024
Belqorodda ağır yol qəzasında hərbçilər də daxil olmaqla 8 nəfər yaralanıb
22:00 11.05.2024
Fəxrəddin Manafov "Xarıbülbül" festivalı barədə ürək sözlərini bölüşdü - VİDEO
21:30 11.05.2024
Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb
21:25 11.05.2024
Donetskin atəşə tutulması nəticəsində 9 nəfər ölüb
21:16 11.05.2024
Zeynəb Xanlarova "Xarıbülbül" festivalından danışdı - VİDEO
21:00 11.05.2024
ABŞ səfiri: ADA Universiteti və Vaşinqton Hüquq Kollecinin tərəfdaşlığı akademik dialoqa töhfə verir
20:51 11.05.2024
"Heç kəsin yuxusuna da gəlməzdi ki..." - Polad Bülbüloğlu - VİDEO
20:30 11.05.2024
FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb
20:25 11.05.2024
"Azərbaycan inkişaf möcüzəsi ilə dünyanı heyrətləndirməkdə davam edəcəkdir"
20:09 11.05.2024
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk gənclər konfransı keçirilib
19:55 11.05.2024
"Zəfərimizə layiq bir festival oldu" - Anar Rzayev - VİDEO
19:53 11.05.2024
İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi
19:43 11.05.2024
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxış edib - VİDEO
19:15 11.05.2024
Azərbaycan qarğıdalı idxalını 34 % artırıb
19:15 11.05.2024
Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb
19:10 11.05.2024
Azərbaycanda 5,2 maqnitudalı zəlzələ olub
18:56 11.05.2024
İlham Əliyev Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında çıxış edib - VİDEO
18:48 11.05.2024
Luka Modriç mövsümün sonu "Real"dan ayrılacaq
18:29 11.05.2024
Baş nazir: Gürcüstan Aİ ilə bağlı xarici siyasətini dəyişməyəcək
18:00 11.05.2024
Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb
17:34 11.05.2024
BAMF – ın tərəfdaşı Heidi Kühn ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb - FOTOLAR
17:08 11.05.2024
Makrondan növbəti VƏD: “Aİ Ukraynaya hərbi dəstəyi gücləndirəcək”
17:00 11.05.2024
“Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb
16:30 11.05.2024
DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
16:00 11.05.2024
İspaniyalı fotoqraf Qervasio Sançez BAMF-ın qonağı olub - FOTOLAR
15:40 11.05.2024
ICESCO-nun Baş direktoru: Heydər Əliyev Fondu əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir
15:30 11.05.2024
Baş direktor: “ICESCO işğaldan azad olunmuş torpaqlara ayaq basan ilk beynəlxalq missiyadır”
15:25 11.05.2024
Prezident: “Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir”
15:23 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:20 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:18 11.05.2024
Rusiya ordusu Ukraynanın 6 yaşayış məntəqəsini nəzarətə götürüb
15:15 11.05.2024
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
15:14 11.05.2024
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
15:14 11.05.2024
Azərbaycan lideri: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq - VİDEO
15:12 11.05.2024
Hamısı