Şimali Koreya Pxenyanda keçirilən hərbi parad zamanı ən son hərbi və kəşfiyyat pilotsuz uçuş aparatlarını, qitələrarası ballistik raketlərini nümayiş etdirib.
Ednews xarici mənbələrə istinadən xəbər verir ki, söhbət “Xvason-17” və yeni “Xvason-18” qitələrarası ballistik raketlərdən gedir.
Həmçinin məlumata görə, parad zamanı pilotsuz təyyarələrin uçuşu həyata keçirilib. Bundan başqa Rusiyanın müdafiə naziri Sergey Şoyqu Pxenyanda Şimali Koreya lideri Kim Çen Inla görüşüb. Görüşün Rusiya ilə KXDR arasında əlaqələrin daha da dərinləşməsinə xidmət edəcəyi vurğulanır. Şoyqunun Kim Çen Ina Rusiya prezidenti Vladimir Putindən şəxsi müraciət göndərdiyi də bildirilir. Görüşdə Sergey Şoyqunun Kim Çen Inanın yanından bir dəqiqə də gözdən yayınmaması diqqət çəkib.
Hərbi paradda Şimali Koreya lideri Kim Çen İnlə yanaşı, bəzi ölkələrin rəsmiləri iştirak ediblər.
Hərbi paraddan video-süjeti təqdim edirik:
Oğuz