Azərbaycanın təqvimindən matəm günləri çıxarılsın? – İctimayyət arasında SORĞU

Siyasət 14:45 03.10.2023

Xəbər verdiyimiz kimi, millət vəkili Fazil Mustafa çıxışında bildirib ki, qalib ölkə kimi matəm günləri təqvimdən çıxarılmalıdır. Bu fikirlər sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Ümumiyyətlə, qalib ölkə Azərbaycanın təqvimindən matəm günləri çıxarılamlıdırmı?

Ednews bu barədə ictimai-siyasi şəxlər arasında sorğu keçirib. Sorğunun nəticələrini təqdim edirik:

Deputat Arzu Nağıyev:

“Azərbaycanda matəm günlərinin təqvimdən çıxarılması o demək deyil ki, bu xalq unutqandır. Təbii ki, həmin vaxtlarda işğal olunmuş rayonlarda hər bir vətəndaşın, ya sakinin bir qohumu şəhid olub və matəm günündə bütün dünyada olduğu kimi adamlar öz yaxınlarının qəbrini və yaxud tikilmiş abidələrini ziyarət edirlər. Qələbədən sonra artıq dövlət səviyyəsində rayonların alınmasının da il dönümlərinin qeyd edilməsi bizim yaddaşımızdır.
Nə qədər qələbə günlərimizin sayı çox olsa, daha böyük ruh yüksəklikləri olar. Dünya müharibəsi vaxtı da şəhərlər işğal olunanda alman faşistləri tərəfindən həmin günlərin anım günləri qələbəyə qədər olardı, qələbədən sonra belə məsələ yox idi”.

Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev:

“Düzgün fikir deyil. Haranın qalibi olmuşuq ki? Öz torpaqlarımızı işğalçı terrorçulardan azad etmişik. Nə qədər şəhid vermişik. Bu nə deməkdir? Nəyə görə matəm günləri təqvimdən çıxarılmalıdır? Fazil Mustafa bu fikirləri ilə nə demək istəyir? Azərbaycan xalqının milli-mentalitetinin əksinə getməliyik? Görünür, Fazil Mustafanın yeri rahatdır, saytlarda yazılanlardan xəbəri yoxdur. Populist çıxışlar edərək gündəmdə qalmaq istəyir. Bunlara ehtiyac yoxdur”. 

Millət vəkili Müşfiq Məmmədli:

“Hər kəs mövqeyini ictimai, siyasi hadisələrə bildirməlidir. İstənilən günlərin təyini, müəyyən qərarların verilməsi ilə bağlı ictimasi-siyasi proseslər, xalqın tarixində hansı rol oynamasından asılı olaraq müəyyənləşir. Fikirləşirəm ki, hər bir halda bütün hadisələr bizim tariximizdir. İstər qələbələr, istərsə də digər tarixlər olsun. Matəm günləri də tarixdir, biz bunları yaşamışıq. Mənə elə gəlir ki, tarix necə var elə də qalmalıdır”. 

AĞ partiya sədri Tural Abbaslı:

“Bir çox xalqların tarixində ağır günlər var. Amma millətləri matəm günləri ilə yaşatmaq onların özgüvənini sarsıdır, qırır. Matəm günlərinin səbəbi olmuş hadisələri unutmamaq üçün tarix kitablarında, dərsliklərində qeyd olunmalıdır. Xüsusi günləri, məsələn, qələbə, uğurlu, bayram günlərimiz matəm günlərindən çox olmalıdır. Bir milləti yasa, matəmə öyrəşdirmək o qədər də müsbət hal deyil. Bir millət qələbəyə, sevincə, uğura öyrəşməlidir”. 

Politoloq Elçin Mirzəbəyli:

“Azərbaycanda yalnız 1 matəm günü var - 20 yanvar. Bu tarix Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsini simvolizə edən gündür. 27 sentyabr isə Anım Günüdür, matəm günü deyil. Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən qəhrəmanları anmaq bizim vəfa borcumuzdur. Bizim qalıb ölkə olmağımız onların qəhrəmanlığı sayəsində mümkün olub. Ona görə də təqvimdən heç nə çıxarmaq lazım deyil”.

Politoloq Tural Əliyev:

“Düşünürəm ki, bu düzgün yanaşma deyil. Tarixin qan yaddaşı var. Azərbaycanın elə ağır günləri olub ki, onları unutmaq olmaz. Gələcək nəsillərə də bunu ötürməliyik. Bu baxımdan qalib ölkə kimi qələbə günləri deyil, anım günləri də keçirilməlidir. Çünki orada faciə nəticəsində həlak olanlar da bizim soydaşlarımızdır. Matəm günləri heç vaxt unudulmamlıdır”. 

Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu:

"Fazil Mustafanın fikirlərinə qatılıram. Hesab edirəm ki, yerində səsləndirilmiş fikirdir. Düşünürəm ki, təqvimdə 20 yanvar günü də matəm günü statusundan çıxarılmalı və Milli Qürur günü olaraq təqvimə salınmalıdır".

Oğuz

BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

İndoneziyada daşqınlar və torpaq sürüşmələri nəticəsində 28 nəfər ölüb
17:40 12.05.2024
Britaniya Qəzzaya humanitar yardım çatdırmaq üçün qoşun göndərməyəcək
17:20 12.05.2024
Sahibə Qafarova Özbəkistanda Asiya Qadın Forumunda iştirak edəcək
17:00 12.05.2024
DİM: 70 nəfər dövlət qulluğunda fəaliyyətini davam etdirəcək
DİM: 70 nəfər dövlət qulluğunda fəaliyyətini davam etdirəcək
16:40 12.05.2024
Rusiyanın bu ölkədəki səfiri öldü
16:20 12.05.2024
Xalq Artisti Şamil Süleymanov Şuşada olan bərpadan danışdı - VİDEO
Xalq Artisti Şamil Süleymanov Şuşada olan bərpadan danışdı - VİDEO
16:07 12.05.2024
Roma Papası hökümətləri demoqrafik böhranla mübarizəyə çağırdı
Roma Papası hökümətləri demoqrafik böhranla mübarizəyə çağırdı
16:00 12.05.2024
Gürcü bloqer Uça Abaşidze və xanımı həbs edilib
15:40 12.05.2024
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır
15:20 12.05.2024
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
15:00 12.05.2024
Zaxarova “Eurovision” mahnı müsabiqəsini Qərbi Avropanın “cənazəsi” adlandırdı
14:40 12.05.2024
Ukrayna Belqorod şəhərinə zərbə endirdi: 4 ölü, 21 yaralı var
14:20 12.05.2024
Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib
Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib
14:00 12.05.2024
Ermənistanda hərbi xidmətdən yayınmağın qarşısını almaq üçün qaydalar sərtləşdirilib
13:40 12.05.2024
Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə III oxunuşda baxılacaq
13:20 12.05.2024
Şalva Papuaşvili: Aİ və NATO-nun qapıları neçə illərdir üzümüzə bağlıdır
13:00 12.05.2024
Venesuela Qayana ilə mübahisəli ərazidə körpü tikir
12:40 12.05.2024
Ərdoğan və Miçotakis bir sıra sahələr üzrə əməkdaşlıq sazişləri imzalayacaqlar
12:20 12.05.2024
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
12:00 12.05.2024
Əksər rayonlara yağış yağıb, şimal-qərb küləyi əsib - FAKTİKİ HAVA
11:40 12.05.2024
“Azərkosmos” Dubayda keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək
11:20 12.05.2024
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
11:00 12.05.2024
Çexiya Prezidenti Ukraynanın NATO-ya daxil olması ilə bağlı planlarını açıqlayıb
10:40 12.05.2024
Aİ prezidenti: “İsrailin Rafah sakinlərinin təhlükəli ərazilərə köçürülməsi tələbi qəbuledilməzdir” - FOTO
10:20 12.05.2024
COP29-un Danışıq Qrupu ada ölkələrindən olan yüksək səviyyəli nümayəndə heyətləri ilə görüşüb
10:00 12.05.2024
Bakıda yol qəzasında 4 nəfər xəsarət alıb
09:40 12.05.2024
İngiltərə Premyer Liqası: "Çelsi" autsayderi məğlub edərək "Nyukasl"la xallarını bərabərləşdirib
09:20 12.05.2024
Ukrayna Silahlı Qüvvələri Xarkovun bir sıra mövqelərindən geri çəkildiyini açıqlayıb
09:00 12.05.2024
Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib
00:03 12.05.2024
İngiltərə Premyer Liqası: “Tottenhem” Premyer Liqanı tərk edən “Börnli” üzərində əzmkar qələbə qazanıb
23:40 11.05.2024
Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq
23:23 11.05.2024
Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib
23:00 11.05.2024
Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib
22:40 11.05.2024
Ukrayna Rusiyanın Su-25 qırıcısını vurub
22:22 11.05.2024
Belqorodda ağır yol qəzasında hərbçilər də daxil olmaqla 8 nəfər yaralanıb
22:00 11.05.2024
Fəxrəddin Manafov "Xarıbülbül" festivalı barədə ürək sözlərini bölüşdü - VİDEO
21:30 11.05.2024
Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb
21:25 11.05.2024
Donetskin atəşə tutulması nəticəsində 9 nəfər ölüb
21:16 11.05.2024
Zeynəb Xanlarova "Xarıbülbül" festivalından danışdı - VİDEO
21:00 11.05.2024
ABŞ səfiri: ADA Universiteti və Vaşinqton Hüquq Kollecinin tərəfdaşlığı akademik dialoqa töhfə verir
20:51 11.05.2024
Hamısı