İsrail höküməti valideynlərə uşaqların sosial mediadan istifadəsini minimuma endirməyi tövsiyə edib.
Ednews BBC-ə istinadən bildirir ki, buna səbəb valideynlərin sosial media şəbəkələrində yəhudilərin əsir götürülməsi, eləcə də şiddət məzmununda görüntülərin paylaşılması olub.
Sözügedən xəbərdarlıq, Böyük Britaniya və ABŞ tərəfindən də dəstəklənib.
Qeyd edək ki, ölkədə TikTok və İnstagram kimi sosial media şəbəkələrindən istifadə limitləşdirilib.
Xəbərə əsasən, İsrail höküməti tərəfindən valideynlərin e-mail poçt ünvanına xəbərdarlıq məktubları göndərilib.
İsrail höküməti mövzu ilə bağlı daha ciddi addımlar atacağını, məsələyə daha çox sayda psixoloqu cəlb edəcəyini bildirib.
Fərid Axundov