"İsveçin Şimali Atlantika Alyansına üzvlüyü ilə bağlı protokola yaxın vaxtlarda Türkiyə Böyük Millət Məclisində baxıla bilər".
Ednews "Anadolu"ya istinadən xəbər verir ki, bunu qanunverici orqanın sədri Numan Kurtulmuş deyib.
"Praqadan qayıtdıqdan sonra xarici əlaqələr komissiyasına göndərəcəyəm. Ümid edirəm ki, ən qısa zamanda parlamentin Baş Assambleyasına gedəcək və deputatlar öz qərarlarını verəcəklər", - o bildirib.