ABŞ prezidenti Cozef Baydenin administrasiyası Türkiyə rəsmilərinə Ankaranın “Həmas üçün maliyyə sığınacağı” və “Rusiya hərbi avtomobil üçün ticarət mərkəzi” rolunu oynadığına dair xəbərdarlıq edib.
Ednews xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri yazıb.
Qeyd edilib ki, ABŞ Maliyyə Nazirliyinin Terror və Maliyyə Kəşfiyyatı üzrə Müşaviri Brayan Nelson Türkiyəni qınayıb.
Nəşr yazır ki, ABŞ rəsmiləri bu həftə Türkiyə banklarının rəhbərləri ilə qapalı görüşlər keçiriblər. Görüş zamanı Amerika tərəfi Türkiyə banklarına guya ABŞ dolları ilə fəaliyyət göstərən maliyyə bazarlarına çıxışı saxlamaq üçün “terrorçuluğun maliyyələşdirilməsini və çirkli pulların yuyulmasını” dayandırması ilə bağlı şərt qoyub.