Ermənistan parlamentinin Dövlət Hüquq Məsələləri Komissiyası “Ayakve” mülki təşəbbüsü çərçivəsində irəli sürülən qanun layihəsi ilə ölkənin Cinayət Məcəlləsinə təklif etdiyi dəyişiklikləri rədd edib.
Ednews “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, qanun lahiyəsində Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasının cinayət hesab edilməsini, Qarabağın öz müqəddəratını təyinetmə hüququndan imtinaya görə cinayət məsuliyyətini özündə əks etdirirdi.
Komissiyanın 3 üzvü (müxalifət nümayəndələri) qanun layihəsinin tətbiq olunmasının lehinə, 7-si isə əleyhinə (hakim “Mülki müqavilə” fraksiyasından olan deputatlar) səs verib.
Hökumət fraksiyasının deputatları hesab ediblər ki, bu, Azərbaycanla sülh gündəminə mane olacaq.