Növbədənkənar prezident seçkiləri: Kimlər namizəd olacaq? – Partiyalar arasında SORĞU

Siyasət 15:50 08.12.2023

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ötən gün, fevral ayının 7-də növbədənkənar prezident seçkiləri ilə bağlı sərəncam qəbul etdi.

Bəs, partiya sədrlərinin məsələyə münasibəti necədir və kimlər namizəd olacaq?

Ednews bu barədə partiya sədrləri arasında sorğu keçirib:

“Müsavat” partiyasının sədri Arif Hacılı:

“Prezident seçkiləri gözlənilməz olaraq elan edildi, əslində növbədənkənar seçkilərin keçirilməsi üçün hər hansı bir siyasi böhran şəraiti mövcud deyil. Çox güman ki, yaxın günlərdə nə üçün bu qərar alınacağı ilə bağlı cəmiyyətə rəsmi açıqlama veriləcək. Müsavat Partiyasının bu seçkilərdə iştirakı və namizədin kim olacağı ilə barədə məsələlər bugündən etibarən partiyanın kollegial qurumlarında (idarə heyəti) müzakirə olunacaq. Qəbul etdiyimiz qərarlar yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

Ümid Partiyasının sədri İqbal Ağazadə mətbuata açıqlamasında bildirib ki, açıq etiraf edək ki, xüsusilə Qarabağ qələbəsindən qısa müddət sonra Prezident İlham Əliyevə rəqib olmaq elə də asan deyil.

Eyni zamanda, Ümid Partiyasının bu gün keçirilən iclasında, növbədənkənar seçkidə iştirak etmək məsələsi ilə bağlı müxtəlif rəylər olduğundan qərar partiyanın yerli təşkilatları ilə müzakirələrdən sonra veriləcək”.

Respublikaçı Alternativ Partiyasının icra katibi Natiq Cəfərli:

“Doğrusu, qərarın verilməsi sürpriz deyildi. Çünki növbəti il bir neçə prosesinin olmasını gözləyirdik. Əsasən referendum gözlənilirdi, lakin hər bir halda REAL partiyası istənilən formada seçkilərdə iştirakın tərəfdarıdır. Seçkilərin boykot edilməsi də effektsiz və doğru olmazdı. İştirakın hansı formada olacağını isə sabah idarət heyəti ilə keçirəcəyimiz iclasdan sonra yekun qərarımızı açıqlayacağıq”.

Ağ Partiyanın sədri Tural Abbaslı:

“Dünən bununla bağlı növbədənkənar bir iclas keçirtdik. Qərara alındı ki, rayon təşkilatlarının və sədrlərinin fikirləri alınsın, yekun qərar elə verilsin. İstənilən halda seçkilərə hazır olsaqda qərar çox anidən oldu. Xatırladım ki, prezident seçkiləri olduqca ağır bir prosesdir. Burada 40 mindən artıq imzanın toplanması, 6 minə yaxın seçki məntəqələrinə müşahidəçi təyinatı var və bununla da olduqca geniş bir prosedurdur. Önümüzdəki yaxın günlərdə rayon təşkilatları və digər strukturların iştirakı ilə qərarımız veriləcək”.

Əkbər Novruz

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Mən ləyaqətli ölümdən və ya şəhidlikdən qorxmuram"
13:21 08.07.2025
Türkiyə Ukraynadan cavab gözləyir
13:06 08.07.2025
Antarktikada Yer kürəsinin "buz arxivi" tapıldı
12:50 08.07.2025
Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Hamısı