Ukraynada davamlı sülhə nail olmaq üçün Kiyev hərbi əməliyyatları dayandırmalı və qoşunlarını Rusiya ərazisindən çıxarmalıdır”.
Ednews xəbər verir ki, bu fikri Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Fransanın “Frans Press” (AFP) agentliyinə müsahibəsi zamanı Ukraynada müharibənin həllinin mümkün variantları ilə bağlı sualı cavablandırarkən bildirib.
Zaxarova bildirilib ki, Moskva danışıqlara açıqdır, lakin hazırda danışıqları aparmaq üçün Kiyevdə və ya Qərbdə siyasi iradə görmür.
“Sülh danışıqları üçün öncə Ukraynanın neytral, bloklara daxil olmayan və nüvəsiz statusunu təsdiqləmək, onun demilitarizasiyasını və denazifikasiyasını həyata keçirmək, yeni ərazi reallıqlarını tanımaq, bu ölkədə yaşayan rusdilli vətəndaşların və milli azlıqların hüquqlarını təmin etmək lazımdır”, - deyə Rusiya XİN rəsmisi qeyd edib.
O bildirib ki, sülhün ilkin şərtlərindən biri Qərbin Kiyevə silah ötürməyi dayandırıb “yeni ərazi reallıqlarını” qəbul etməsidir.