Sülh müqaviləsinə hansı ölkələr qarant olmalıdır? - Ekspertlər arasında SORĞU

Siyasət 15:00 15.12.2023

Azərbaycan və Ermənistan hökümətləri arasında münasibətlər gün keçdikcə mülayimləşməyə başlayıb. İki ölkə arasında razılaşmanın imzalanması artıq an məsələsidir desək yanılmarıq. Nəzərə alsaq ki, son iki ildə Ermənistanla Azərbaycan arasında danışıqlar əsasən Brüssel və Vaşinqtonun ərazilərində aparılıb, belə bir qarant institutunun Qərb dövlətləri və strukturları əsasında formalaşmasını Ermənistan tərəfinin təklif etdiyini güman etmək olar. 
Bəs Azərbaycan - Ermənistan arasındakı sülh sazişinə hansı ölkələr qarant ola bilər? Doğrudanmı bu ölkələrə ehtiyac var?

Ednews bu barədə ekspertlər arasında sorğu keçirib. Cavabları təqdim edirik:

Politoloq Murad Sadəddinov:

murad-sadeddinov-900x551.jpg

“Düşünürəm qaranta ehtiyac var. Cənab prezidentimiz qeyd edib və mən də buna əlavə edə bilərəm ki, Ermənistan hökümətinin istər verdiyi bəyanatlar, istərsə də atdığı imzalar, göstərib ki, bunların heç birinin əhəmiyyəti yoxdur. Dəfələrlə bəyanatlar veriblər ki, Qarabağ Azərbaycanındır. Daha sonra Qarabağın müstəqilliyi ilə bağlı təbriklər göndəriblər, üçtərəfli bəyanata imza atıblar, lakin ondan irəli gələn öhdəlikləri yerinə yetirməyiblər. Bu baxımdan Ermənistan rəhbərliyinin atdığı imzaların heç bir qiyməti və əhəmiyyəti yoxdur. Hesab edirəm ki, ona görə də qarant olmalıdır. Zənnimcə ən ideal qarant ölkə kimi Türkiyəni göstərə bilərik. Çünki Türkiyə regionda istər Azərbaycana, istərsə də Ermənistana təsir etmək imkanına sahib dövlətdir”.

ABŞ – ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza:

a7e7daaf-d18a-41ad-b841-b7f46ae1f5c5.jpg

“Prezident Əliyev və baş nazir Paşinyan sülh müqaviləsinin əldə olunmasına tam sadiq olduqlarını nümayiş etdirdilər. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi, həmçinin ABŞ dövlət katibi Blinkenin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə apardığı müzakirələr iki tərəfə də böyük töhfə verdi. Azərbaycan və Ermənistan hökumətlərinin əsir mübadiləsini elan edən son birgə bəyanatı, sülh müqaviləsinin çox yaxın olduğunu göstərir. Mən əminəm ki, onlar artıq vasitəçilərin xarici siyasi təzyiqinə ehtiyac olmadan danışıqları başa çatdıra bilərlər. Eynilə, Ermənistan və Azərbaycan sülh müqaviləsi bağladıqdan və beynəlxalq sərhədlərini demarkasiya etdikdən sonra, iki ölkənin mehriban qonşuluq münasibətlərini qoruduğu təqdirdə üçüncü tərəfin “qarantına” ehtiyac olmayacaq, belə bir kənar aktorun kifayət qədər güclü olması ehtimalı az olacaq ki, belə olduqda gələcəkdə ikitərəfli münasibətlər pisləşərsə, iki ölkəni münaqişədən qaçmağa məcbur edə biləcək çətin ki potensialı olsun”.

Cənubi Qafqaz üzrə siyasi ekspert Arnold Stepanyan:

74.jpg

“Düşünürəm, həm Ermənistana, həm də Azərbaycan tərəfinə sağlam təsir gücünə malik və iki ölkənin də etibarı olan ölkələr qarant ola bilər. Nüfuzlu beynəlxalq təşkilatlar da ola bilər, lakin müqavilənin effektivliyini təmin etmək üçün dəqiq müəyyən edilmiş mexanizmlər və müqavilənin pozulması halında anında reaksiya verə biləcək qurum lazımdır”.

Əkbər Novruz

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
20:30 02.07.2025
Rafael Şvartsman: "SAF istehsalına başlaması Azərbaycana dünya aviasiyasında yeni üstünlük verəcək"
20:10 02.07.2025
Roma Papası Türkiyə Prezidentinin xanımını qəbul edib
19:45 02.07.2025
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB
19:20 02.07.2025
Azərbaycan nüvə texnologiyalarının tətbiqi ilə yeni pambıq sortları yaradır
19:00 02.07.2025
Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir
18:55 02.07.2025
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
18:40 02.07.2025
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
18:30 02.07.2025
Deputat Azay Quliyev ATƏT PA-nın Komitə sədri seçilib
17:09 02.07.2025
Hamısı