MSK daha bir nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.
Ednews “Sputnik Azərbaycan” nəşrinə istinadən xəbər verir ki, Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan seçkiyə qoşulub.
Bununla da 7 fevral növbədənkənar prezident seçkilərində namizəd kimi irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 17-ə çatıb.