ABŞ-ın Azərbaycana qarşı “hücumları” potensial sanksiyalar tətbiq etmək üçün lazımdır.
Ednews xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
"Əslində isə Azərbaycan multikulturalizm siyasətinin həyata keçirilməsində, dini etiqad azadlığının təmin edilməsində, bütün etnik qrupların nümayəndələrinə öz adət-ənənələri və mədəniyyətləri çərçivəsində yaşamaq imkanı yaratmaqda nümunə və model ola bilər", deyə o, qeyd edib.
Politoloqun fikrincə, ABŞ Cənubi Qafqaza nəzarət etmək üçün Azərbaycana təzyiq edir:
"Obyektiv naminə deyək ki, ABŞ-ın özünün “azadlıqlar”la bağlı ciddi problemləri var. Buna afro-amerikalı əhalinin polis tərəfindən dəfələrlə öldürülməsi, jurnalistlərin təqib edilməsi və s. daxildir.
Rəsmi Vaşinqton eyni zamanda Azərbaycanın erməni abidələrinin qorunub saxlanması sahəsində müsbət siyasətini inkar edir, Bakını guya xristian mədəniyyətini məhv etməkdə günahlandırır".