Partiyalar prezident seçkilərinə necə hazırlaşır? - SORĞU

Siyasət 14:02 16.01.2024

Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədi İlham Əliyev olacaq. Bəs müxalif düşərgədə seçkiyə hazırlıq hansı səviyyədədir? Keçiriləcək seçkilərdə YAP-ın namizədi ilə kimlər mübarizə aparacaqlar?

Ednews bu barədə siyasi partiyalar arasında sorğu keçirib.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev:

“Ümumiyyətlə yanaşmamız budur ki, bir partiya mövcuddursa bütün seçkilərdə iştirak etməlidir. Çünki partiya öz düşüncəsini hakimiyyətə daşımaq, hakimiyyətə gəlmək istəyirsə, bunun yolu seçkidir. Seçkiyə qatılmamaq partiyanın fəaliyyətində suallar doğurar. Ona görə də MDHP indiyə qədər bələdiyyə, parlament, prezident seçkilərində iştirak edib. Lakin indi növbədənkənar seçki olduğu üçün hazırlığımız çox məhduddur. Biz əvvəlki seçkilərdə xeyli vaxt qalmış hazırlaşırdıq. Materialları, nümayəndələri, məntəqələri, müşahidəçiləri hazırlayırdıq və bununla əlaqəli digər işləri görürdük. Amma indi bir az seytnot vəziyyətidir. Seçkilərdə iştirak etməyi çox istəyərdik. Çünki səbəb və nəticə hər nə olursa-olsun, seçkidə partiya ən azından yaxşı təbliğat qurur, öz təşkilatının gücünü yoxlayır, ideya, fikirlərini təbliğ edə bilir. Hətta müvafiq uyğun vəziyyət yaranarsa, digər namizədlərlə birlikdə ortaq davranış nümayiş etdirib qalib gəlmək imkanını da əldə edir. Amma indi növbədənkənar seçkilərdə vaxt məhdudiyyəti mövcuddur. Buna baxmayaq, partiyamız özünün qanunvericilik orqanında bu məsələni müzakirə edəcək. Qəbul edilən qərara müvafiq olaraq davranacağıq. İmkanlarımız olsa, çatdıra bilsək, seçkilərdə iştirak edəcəyik. Bütün partiyaların seçkilərdə iştirak etməsini həm cəmiyyət, həm də partiya üçün faydalı olduğunu düşünürəm”.

Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev:

“Partiyamızın İdarə heyətinin qərarı var. Müasir Müsavat partiyası prezident seçiklərinə hazır vəziyyətdədir. Artıq dairə seçki komissiyalarına da namizədlərimizi vermişik. Özümüzün müşahidəçi qismində olan insanların adlarını, soyadlarını Mərkəzi Seçki komissyasına. Partiyamız dövlətçilik mövqeyindədir. Dövlətimizin qorunub saxlanması, onun gələcəyi üçün atılan addımlarda həmişə dövlətin yanındadır. Ona görə də partiyamızın ruh yüksəkliyində seçkilərə qatılması rayon təşkilatlarından da konfranslar keçirtmişik. Müşavirələrimiz olub. Göstərişimiz də bu olub ki, dövlətçiliyə həmişə sadiq olsunlar. Hər halda partiyamızın məqsədi Azərbaycan xalqına o cümlədən dünyaya bəllidir ki, dövlətin və dövlətçiliyin apardığı daxili və xarici siyasətdə ədalətli qərarların verilməsində yanındadır. Bu səpkidə də işlərimizi davam etdiririk”. 

Azad Vətən Partiyasının sədri Akif Nağı:

“Partiyamızın Siyasi Şurasının qərarı ilə seçkilərdə İlham Əliyevin namizədliyini dəstəklədik. Təşviqat prosesində qərarımıza uyğun olaraq İlham Əliyevin mövqeyini müdafə edir, müxtəlif səviyyələrdə , o cümlədən KİV-lərdə bu yöndə təbliğat-təşviqat işləri aparırıq. Partiyamızın adından Dairə Seçki Komissiyalarına müşahidəçilərimizi təqdim etmişik. Naxçıvan , Ağdam , İmişli ,  Cəlilabad , Sumqayıt , Mingəçevir , Şəki , Şuşa-Ağdam-Xocalı- Xocavənd , həmçinin Bakının rayonlarında və digər seçki ərazilərində müşahidəçi qismində iş aparacağıq. İstənilən seçki ölkənin həyatında ciddi hadisədir , eyni zamanda vətəndaş cəmiyyətinin , siyasi sistemin inkişafına təsir edən prosesdir. Hər bir partiya bunu nəzərə almalı və öz işini namizəd irəli sürməklə  bitmiş hesab etməməli , ümumi sağlam partiyalaşma prosesinə töhvəsini verməlidir”.

AĞ partiya sədri Tural Abbaslı:

“Biz prezident seçkilərinə hazırlaşmırıq. Çünki prezident seçkilərində iştirak etmirik. Yəni öz namizədimizlə iştirak etmirik. Bu baxımdan xüsusi hazırlığımız yoxdur. Partiya üzvlərinin də seçkilərdə öz istədikləri namizdə səs verməkdə sərbəstdirlər. Bu məsələdə xüsusi göstəriş də yoxdur. Amma bəzi dairələrdə həm təcrübə baxımdan, yəni partiya üzvlərinin siyasi prosesləri öyrənmək, təcrübə yığması baxımdan, həm də ümumi bir məlumatlılıq yönündə bəzi məntəqələrdə və dairələrdə müşahidə aparmaq fikrimiz var. Uzaqbaşı müşahidənin təşkili ilə bağlı bəzi addımlar atılır”. 

Oğuz

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı