Avropa Şurası Parlament Assambleyasının Prezident Komitəsi səviyyəsində Azərbaycana qarşı məhdudiyyətlərin tətbiqi ilə bağlı fundamental qərarın qəbul edildiyi bildirilir.
Ednews xəbər verir ki, bu barədə yanvarın 22-də “European Pravda” nəşriməlumat yayıb.
Bildirilir ki, irəli sürülən iddia bu gün plenar iclasda Almaniyadan olan deputatlardan gəlib.
“Şikayət Azərbaycanda 7 fevral növbədənkənar Prezident seçkisinə AŞPA-dan müşahidəçilərin dəvət edilməməsi ilə bağlı olacaq”, – deyə nəşr qeyd edir.
Məlumatda o da vurğulanır ki, Azərbaycanın AŞPA məruzəçilərini Laçın dəhlizinə buraxmaması ilə bağlı şikayət də var.
Əkbər