"Azərbaycan düzgün addım ataraq AŞPA-nı mat vəziyətinə qoydu" - Deputat Şahin İsmayılov

Siyasət 16:15 25.01.2024

"Azərbaycan beynəlxalq hüququn tələblərinə uyğun olaraq beynəlxalq səviyədə tanınan ərazisi üzərində süverinliyini və ərazi bütövlüyünü təmin etdikdən sonra vaxtilə bu problemin “həllinə” məsul olan təşkilat və bəzi dövlətlərin anlaşılmaz davranışları ilə üz-üzə qalıb. Onlar müxtəlif bəhanələrlə Azərbaycanı nədəsə ittiham etməyə və hətta bəzən daha irəli gedərək təzyiq göstərməyə çalışırlar. Sadə desək onların bu davranışı sadəcə olaraq başadüşülən deyil. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığı və regionun indiyə qədər olmadığı qədər sülhə yaxın olduğu vaxtda onlar ermənidən daha çox erməni olmağa çalışırlar. Ermənistanı silahlandırmaqdan tutmuş, hətta bəzi beynəlxalq təşkilatlarda onların adından danışmağa qədər Azərbayacana qarşı hər addımı atırlar".

Bunu Ednews - a açıqlamasında deputat Şahin İsmayılov deyib. Onun sğzlərinə görə, AŞPA-da baş verən son hadisələr də Azərbaycana qarşı oynanılmağa çalışılan növbəti oyununun davamıdır.

"Amma Azərbaycan parlament diplomatiyası vaxtında düzgün addım ataraq AŞPA-nı mat vəziyətinə qoydu və açıq mesaj verdi. Azərbaycanla heç kim təhdid dilində danışa bilməz, Azərbaycan hər zaman bərabərhüquqlu münasibətlərə açıqdır. Almaniya və Fransanın əlində oyuncağa çevrilən, islamafob bir klub olan AŞPA artıq öz mahiyətini itirib. Vaxtilə Azərbaycan AŞPA-ya üzv olanda bu platformadan Qarabağ probleminin həllinə kömək göstərilməsini gözləyirdi. Ötən illərdə isə bu qurum sadəcə olaraq susdu və heç bir real addım atmadı. 1 milyona yaxın qaçqın və məcburi köçkünlərimizin huququ heç vaxt müzakirə mövzusu olmadı. AŞPA da status kvonun saxlanılmasında maraqlı oldu", - o qeyd edib.

Deputat  əlavə edib ki, Azərbaycan xalqı müdrik xalqdır:

"Müzəffər Ali Baş Komandan ətrafında sıx birləşən xalqımız öz torpaqlarını öz gücünə azad etdi. Xalqımız AŞPA kimi simasız təşkilatları da, bizə dost-qardaş olan dövlətləri də yaxşı tanıdı. Yeri gəlmişkən AŞPA-nın məlum simasızlığından sonra Real partiyasının sədri həddini aşaraq AŞPA-dakı Türkiyə nemayəndə heyətini öz aləmində tənqid etməyə çalışdı. Bəlkə də AŞPA və qərb siyasi dairələri sıx əməkdaşlıq edən bu partiyanın və onun sədrinin bu addımı onun hansısa öhdəliyindən irəli gəlir, onu bilmirəm. Amma onu yaxşı bilirəm ki, Azərbaycan və Türkiyə bütün məsələlərdə bir-birilərinin yanında olan, bir-birilərinə dəstək, bir millət iki dövlət olan qardaş ölkələrdir. İlqar Məmmədovun yerində olmayan, cılız sözləri Azərbaycan və Türkiyə arasında pozuculuq fəaliyətidir. Yaxşı olardı ki, İlqar Məmmədov bu ifadələri işlətməmişdən qabaq yaxşı fikirləşərdi. Çünki xalqımız Azərbaycana qarşı qərəz yayan bu tip siyasiləri tarixin zibil qutusuna atmağı bacarır. Ilqar Məmmədovun bu fikirləri qərb dairələri tərəfindən sifariş olsaydı belə o, bir azərbaycanlı olaraq buna getməməli idi. Azərbaycan və Türkiyə qardaşlığı daimidir, əbədidir".

Əkbər Novruz

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Hamısı