İtaliyanın baş naziri Corciya Meloni ölkəsinin təsirini Afrikada artırmaq üçün işlər apardığını bildirib.
Ednews The Guardian-a istinadən xəbər veri ki, Meloni Afrika dövlətlərinin Avropada ciddi dayağa ehtiyacı olduğunu açıqlayıb.
Xəbərə görə, qanunsuz miqrasiyanın qarşısını almaq məqsədi ilə nazir Aralıq dənizində yox Afrika ölkələrinin ərazisndə əməliyyatlar aparılmalı olduğunu deyib.
Mattei planı kimi irəli srülən bu plana görə, İtaliya bir dövlət kimi Afrikadan idxal edilən enerjinin Avropaya giriş nöqtəsi olacaq.
Meloni bunu da dəfələrlə bildirib ki, İtaliyanın buradakı fəaliyyəti hər hansı mənfi xarakter daşımır və Afrika ölkələrində səhiyyə, təhsil kimi məsələlər üzrə də işlər aparılacaq.
Fərid