“7 fevral 2024-cü il Azərbaycan Prezident seçkiləri ölkənin demokratik bayram idi”.
Ednews xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının Baş katibinin müavini Əli Əsgər Mohammadi növbədənkənar Prezident seçkilərinin nəticələrinə dair keçirilən brifinqdə bildirib.
“Biz Bakıda 7 məntəqədə olduq. Ötən gün seçki prosesini izlədik və şəffaflığın şahidi olduq. Bu, Azərbaycan üçün demokratik bayram idi. Mən istəyirəm Azərbaycan dilində danışım.
Şükür Qarabağ azad olundu. Bu, bizim üçün böyük şərəfdir. Azərbaycanlı qardaş-bacılarımı ötən gün keçirilən ədalətli seçkiyə görə təbrik edirəm”, - deyə baş katib bildirib.