“Azərbaycanda keçirilən seçkilər Meksikadakından heç fərqlənmədi”.
Ednews xəbər verir ki, bunu Meksika parlamentinin heyət rəhbəri Alberto Villa Villegas növbədənkənar prezident seçkilərinin nəticələrinə dair keçirilən brifinqdə bildirib.
“Dünən gün ərzində 10 seçki məntəqəsində olmuşuq. Proseslər eynilə Meksikada olduğu kimi aparıldı. Əsas diqqətimi çəkən məqam məhz bu oldu ki, səsvermə prosesi Meksikada keçirilən seçkilərdən fərqlənmirdi.
Bu mənim Azərbaycana ikinci gəlişimdir. 1 il əvvəl Qarabağ və Şuşada olmuşdum. Seçkilərin ədalətli keçirilməsinə görə, azərbaycanlıları təbrik edirəm” - deyə heyət rəhbəri bildirib.