“EDnews” xəbər verir ki,bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri "Xaşxaş-2025" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Alar kəndinin ərazisində yabanı halda olan narkotik tərkibli bitkilər aşkar edilib. Ümumi çəkisi 1 650 kiloqram olan 9200 ədəd xaşxaş kolu yandırılaraq məhv edilib.