Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyalarının yaxın vaxtlarda növbəti görüşü təşkil ediləcək.
Ednews xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan “News.am”a açıqlamasında deyib.
O bildirib ki, komissiyaların yanvarın 31-də keçirilən iclasında cari məsələlər müzakirə olunub:
“Növbəti görüşlə bağlı hələlik razılaşmamız yoxdur, amma düşünürəm ki, yaxın vaxtlarda onu təşkil edəcəyik”.
Qriqoryan əlavə edib ki, sərhədlərin delimitasiyası və demarkasiyası üçün çoxlu materiallara ehtiyac var.