12 fevral 2024 - cü il tarixində Qafqaz-İberoamerika Düşüncə Mərkəzinin sədri, ispandilli ölkələr üzrə ekspert, Mahir Qurbanov Kolumbiyanın ölkəmizə yeni təyin olunmuş səfiri Luis Fernando Kuartas Ayala ilə görüşüb.
Ednews xəbər verir ki, görüşdə ikitərəfli əməkdaşlığın prinsipləri və gələcək ideyalar ətrafında keçiriləcək layihələr, o cümlədən iki dövlətin düşüncə mərkəzləri arasında yaranacaq sistemli iş barəsində söhbət açılıb.
Hər iki tərəf ölkələr arasında əlaqələrin hazırkı səviyyəsindən razılıqlarını ifadə ediblər Bu əlaqələrin daha da inkişaf etməsində vətəndaş cəmiyyətinin dəstəyi ilə bağlı edilə biləcək işlər müzakirə olunub.
Luis Fernando Kuartas Ayala ölkələrimiz arasında münasibətlərin bütün sahələr üzrə inkişafına, o cümlədən düşüncə mərkəzlərinin arasında əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyini qeyd edib.
Səmimi görüşə görə minnətdarlığını bildirən səfir Azərbaycanda özünü çox xoşbəxt hiss etdiyini söyləyib. O deyib ki, ölkəmizdə şahidi olduğu qonaqpərvərlik və xoş münasibət xalqlarımız arasında yaxınlığın və səmimi münasibətlərin göstəricisidir.