Cosep Borell və bir sıra Avropa İttifaqı (Aİ) rəsmilərinin Azərbaycanın ekspansionizmi ilə bağlı iddiaları əsassızdır.
Ednews xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Brussels Signal”a müsahibəsində söyləyib.
E.Əmirbəyov vurğulayıb ki, Azərbaycanın Ermənistana qarşı ərazisinə iddiası yoxdur.
Prezidentin nümayəndəsi qeyd edib ki, Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir və ölkə bu yaxınlarda bütün ərazisi üzərində suverenliyini tam bərpa edib:
“Bu gün bizim Azərbaycanın Qarabağ bölgəsi var, ona görə də "Dağlıq Qarabağ" köhnəlmiş və işlək olmayan bir addır”.
Əkbər Novruz