Sakit okeanda Filippin sahilində 6,3 maqnitudalı zəlzələ olub.
“EDnews” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 09:58-də (Bakı vaxtı ilə 05:58) Mindanao adasında Mati şəhərindən (Şərqi Davao əyaləti) 425 km şimal-şərqdə, 10 km dərinlikdə qeydə alınıb.
Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.