ABŞ prezidenti Co Bayden İsrail haqqında açıqlama verəcək bildirib ki, Netanyahu öz siyasi kursunu dəyişməlidir.
Ednews The Telegraph-a istinadən xəbər verir ki, Bayden Netanyahuya zəng edərək Qəzza zolağında aparılan hərbi əməliyyatların müvəqqəti dayandırılmasını tələb edib.
Bayden İsrailin sülh müqaviləsi bağlanılması və regionda hərbi əməliyyatların birdəfəlik dayandırılması üçün ikitərəfli razılaşmanın əldə olunmasını dəstəklədiyini bildirib.
Bundan başqa ABŞ höküməti İsrailin İrana qarşı apardığı siyasətin region qüvvələrinin daha çox aktivləşməsinə səbəb olacağını əsas gətirərək bildirib ki, rəsmi Tehranla münasibətlər normallaşdırılmalıdır.
Buna baxmayaraq, Bayden İsrailə terrorla mübarizə etmək üçün əlavə hərbi dəstək göndərəcəyini bildirib.
Fərid