Rusiyanın Berlindəki səfiri Sergey Neçayev Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.
Ednews bu barədə Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilib.
Məlumata görə, Almaniya XİN başçısı Annalena Berbok Rusiyalı müxalifət lideri Aleksey Navalnının ölümünə səfirin çağırıldığını açıqlayıb.
Qeyd edək ki, Rusiyalı müxalifətçi, Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında ölüb. Onun qan laxtalanmasından (tromb) vəfat etdiyi bildirilib.
2023-cü ilin avqustunda Navalnıya xüsusi rejimli koloniyada 19 il həbs verilib. Müxalifətçi ona qarşı irəli sürülən bütün ittihamları siyasi adlandırıb.