Hindistan seçki ərəfəsi Rusiyadan neft, Amerikadan silah alır - ANALİTİKA

Siyasət 10:30 28.02.2024

Hindistanda aprel və may aylarında parlament seçkilər keçiriləcək. Hindistanın baş naziri Narendra Modi hakim “Bharatiya Janata” Partiyasının qurultayındakı çıxışında ölkəsinin beynəlxalq aləmdə mövqelərini gücləndirəcəyini vəd edib. Modi qələbəsinə əmindir. “Bharatiya Janata” Partiyası 2014-cü il seçkisindən bu yana hakimiyyətdədir. Bu patiya 542 nəfərlik parlamentdə 323 mandata sahibdir. 

Ednews xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Mərkəzin ekspertləri hesab edirlər ki, Dehli bundan sonra da həm Qərb, həm də Rusiya ilə əməkdaşlığını davam etdirmək istəyir:

"Seçkinin aprel və may aylarında keçirilməsinə baxmayaraq, Modi iyul, avqust və sentyabr aylarında müxtəlif dövlətlərə dəvətlidir. Belə çıxır ki, onu dəvət edən dövlətlər də Modinin parlament seçkisinsə qələbəsinə əmindirlər. Münhen Təhlükəsizlik Konfransında iştirak edən Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankar “necə olur ki, Dehli Rusiyadan neft, eyni zamanda ABŞ-dan hərbi texnika alır” sualına belə cavab verib ki, bu ölkəsi üçün problem deyil. Dehli son illərdə ərəb ölkələri ilə də əməkdaşlığı genişləndirib. 

Dehlinin Rusiyadan neft almasına baxmayaraq, Hindistan hərbi əməkdaşlıq məsələlərində Qərb ölkələrinə üstünlük verməyə başlayıb. ABŞ Hərbi Dəniz Qüvvələrinin Donanma Baş Komandanı David Isom Hindistanın ABŞ və onun bütün digər tərəfdaşları və müttəfiqləri ilə əməkdaşlıqda çox mühüm rol oynayacağını vurğulayıb. David Isom bildirib ki, Hindistan bu beynəlxalq ortaqlıqların qorunmasında həqiqətən mühüm rola malikdir. “Münasibətlər böyüməyə davam edir” deyən yüksək rütbəli amerikalı hərbçi ölkəsinin bölgədə Avstraliya ilə də əməkdaşlığını genişləndirdiyini bildirib. 
Bu arada, Avstraliya Hərbi Hava Qüvvələrinin rəisi hava marşalı Robert Çipman Hindistan-Avstraliya əlaqələrinin zamanla daha da güclənəcəyini vurğulayıb. O Hind-Sakit Okean haqqında danışarkən, bölgədə gərginlik artdığı üçün Çini  çəkindirmənin təmin edilməsinin vacibliyini bildirib. 

Dehlinin önəm verdiyi digər istiqamət Avropadır. Hindistan və Avropa İttifaqı prioritetlər siyahısında birinci yerdə olan ticarət, turizm və müdafiə ilə əlaqələrini dərinləşdirib. Dehlidə keçirilən Raisina Sammitində çıxış edən Avropa İttifaqı Xarici Fəaliyyətlər Xidmətinin baş katibi Stefano Sannino Hindistanla əlaqələri yüksək qiymətləndirib. Sannino bildirib ki, Dehlidəki görüş və müzakirələrin əsas məqsədi iki tərəfin əməkdaşlığını necə inkişaf etdirə və dərinləşdirə biləcəyini müəyyənləşdirməkdir. “Biz azad ticarət sazişi, Hindistan və Avropa İttifaqı arasında investisiya mübadiləsi və dəniz sektoru da daxil olmaqla bir sıra sahələr üzərində işləyirik” deyib Sannino. Avropalı diplomat həmçinin bildirib ki, Avropa İttifaqı üçün Rusiyanın Ukraynaya təcavüzü ekzistensial təhlükədir. “Rusiya postsovet məkanında təsirini bərpa etməyə çalışır” deyən Sannino Avropa Birliyinin Çinlə münasibətlərini idarə etmək üçün Brüsselin strategiyasının hazırlandığını xatırladıb: “Çin rəqibdir və Pekini iqtisadi layihələrdə siyasi müdaxilələrdən çəkindirməyə çalışırıq. Biz iqtisadiyyatımızda riskləri azaltmaq və Çindən asılılığını azaltmaq istəyirik”.

Təhlildə vurğulanır ki, Hindistan xarici siyasətlə yanaşı hərbi gücünün artırmasını da diqqət mərkəzində saxlayır:

"Buna misal olaraq Dehlinin Hindistanın silahlı qüvvələrinin modernləşdirilməsi və təchiz edilməsi üçün dəyəri 11 milyard dollardan çox olan bir neçə sazişi təsdiqləməsini göstərmək olar. “The Economic Times” qəzetinin məlumatına görə, bu sırada Hindistan Hərbi Dəniz Qüvvələrinə 200-dən çox uzaq mənzilli səsdən sürətli qanadlı raketlərin tədarükü də daxildir". 

Oğuz 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
20:30 02.07.2025
Rafael Şvartsman: "SAF istehsalına başlaması Azərbaycana dünya aviasiyasında yeni üstünlük verəcək"
20:10 02.07.2025
Roma Papası Türkiyə Prezidentinin xanımını qəbul edib
19:45 02.07.2025
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB
19:20 02.07.2025
Azərbaycan nüvə texnologiyalarının tətbiqi ilə yeni pambıq sortları yaradır
19:00 02.07.2025
Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir
18:55 02.07.2025
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
18:40 02.07.2025
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
18:30 02.07.2025
Deputat Azay Quliyev ATƏT PA-nın Komitə sədri seçilib
17:09 02.07.2025
Hamısı