Zelenski İrəvana səfər edəcək? - AÇIQLAMA

Siyasət 17:30 28.02.2024

Erməni mətbuatının yazdığına görə, Ukrayna Prezidenti Volodimir Zelenski yaxın vaxtlarda Ermənistana səfər edəcək. "Azadlıq" radiosunun erməni bürosu səfərin martın 4-də baş tutacağını bildirib. Ukraynanın Ermənistandakı diplomatı Valeri Lobax məlumatı nə təsdiq, nə də təkzib edib. Bu səbəbdən səfərin hələlik rəsmiliyi ilə bağlı məlumat yoxdur, lakin Ermənistan tərəfi bu ehtimala açıq olduqlarını söyləyiblər. Qeyd etmək yerinə düşər ki, Ukraynaya qarşı Rusiya tərəfdən mübarizə aparan ermənilərin olduğu faktı bir çoxlarına məlumdur. 

Belə bir fonda Zelenskinin səfəri hansı məqsədi güdür?

Məsələ ilə bağlı ukraynalı analitik Vadim Tryuxan, Ednews - a açıqlamasında bu səfərin baş vermə ehtimalını aşağı qiymətləndirib:

“Düşünürəm, bu səfər baş tutmayacaq, iki həftə əvvəldən elan olunsa belə. Bu hekayə mənə Zelenskinin oktyabrda İsrailə uğursuz səfəri ilə bağlı vəziyyəti xatırladır. Mətbuatda onun ora uçacağı elan edilən kimi dərhal səfərin olmayacağını inkar etməyə başladı. Obyektiv olaraq desək, ən azı hazırda Zelenskinin Ermənistana uçmaq üçün ciddi səbəbini görmürəm. Bəli, bizim həm Ermənistanla, həm də Azərbaycanla yaxşı münasibətlərimiz var, amma nə Ermənistan, nə də Azərbaycan Ukraynaya silah – sursatla təmin etmir. Ukrayna üçün indi bir nömrəli prioritet ABŞ, Avropa Birliyi və ya üçüncü ölkələrdən asılı olmayaraq xaricdən silah tədarüküdür”.

Əlavə olaraq qeyd edək ki, parlamentdə müxalifətdən olan Ermənistan fraksiyasının deputatı Areqnaz Manukyan isə bu səfərdən narahatlığını bildirib. O bu görüşü “xarici qüvvələr”in təşkil etdiyini söyləyib:

“Ukrayna Prezidenti Volodimir Zelenskinin Ermənistana mümkün səfəri Yerevanla Moskva arasında münasibətlərdə dönüş nöqtəsinə çevriləcək. Xarici qüvvələr Rusiyaya qarşı ikinci cəbhə açmaq üçün Zelenskinin Ermənistana səfərini təşkil etmək niyyətindədir. Bu səfər baş tutsa, Ermənistanla Rusiya arasında münasibətlərdə dönüş nöqtəsinə çevriləcək. Azərbaycan bundan mütləq istifadə edəcək və Ermənistana hücum edəcək”, – deyə o qeyd edib.

Areqnaz Manukyan əlavə edib ki, Baş nazir Nikol Paşinyan “erməni Zelenski və ya Saakaşvili” olmaq niyyətindədir.

Əkbər Novruz

PKK-dan təhvil alınan silahlar belə yandırıldı - VİDEO

Xəbər xətti

İranın hava limanlarının 24 saatlıq fəaliyyəti bərpa edildi
21:59 17.07.2025
“Vosmoy bazarı”nın adı dəyişdirildi
21:44 17.07.2025
İsraillə Suriya arasında savaşa səbəb olan Druzlar kimdir?
21:29 17.07.2025
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
21:14 17.07.2025
"Dörd il ərzində dörd inqilab cəhdinin qarşısını almışıq"
20:59 17.07.2025
"Moskva ABŞ-nin vasitəçiliyi ilə Ukrayna tərəfi ilə birbaşa danışıqlar aparır"
20:44 17.07.2025
VAR-ın səlahiyyətləri artırılır
20:29 17.07.2025
ABŞ Dövlət Departamentindəki kütləvi ixtisarı xaosa səbəb oldu
20:14 17.07.2025
Britaniya və Almaniya arasında genişmiqyaslı müdafiə sazişi imzalandı
19:59 17.07.2025
Nyu-Yorkda Kipr problemi ətrafında danışıqlar başlayıb
19:44 17.07.2025
"Trampla dronlarla bağlı meqasövdələşməni nəzərdən keçiririk"
19:29 17.07.2025
Kriştianu Ronaldu 2024/25 mövsümünün ən yaxşı futbolçusu seçildi
19:14 17.07.2025
Dezinformasiya Fırtınasına Qarşı Səfərbərlik: Vətəndaş Cəmiyyəti və Medianın Tarixi Məsuliyyəti Şahlar Ruhi yazır...
19:08 17.07.2025
Fransa hərbçiləri Seneqalı tamamilə tərk etdilər
18:59 17.07.2025
"Samsung Electronics"in rəhbəri məhkəmədən qalib çıxdı
18:44 17.07.2025
Ukraynadakı münaqişənin aqibəti Trampın iqtisadi təzyiqlərindən asılı olacaq
18:29 17.07.2025
Nüvə materialı satışının qarşısı alındı
18:12 17.07.2025
"Fənərbağça"nın yeni transferi Joze Mourinyonu özündən çıxardı
17:57 17.07.2025
Mişel Obama həyat yoldaşı ilə münasibətlərindən danışıb
17:43 17.07.2025
Tramp “Coca-Cola”nın tərkibini dəyişdirir
17:28 17.07.2025
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova Qarabağ atı hədiyyə etdi
17:13 17.07.2025
ADA Universitetində açılacaq dövlət sifarişli yerlərin sayı açıqlanıb
16:58 17.07.2025
İsraildə siyasi qalmaqal: üç nazir eyni zamanda istefa ərizəsi verib üç nazir eyni vaxtda istefa ərizəsi verib
16:42 17.07.2025
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirəsinə həsr olunmuş kitabın təqdimatı olub
16:27 17.07.2025
Çin şirkəti “Masdar”ın Azərbaycandakı əsas layihələri üçün müasir modullar tədarük edəcək
16:12 17.07.2025
Mariya Şarapova ABŞ-dəki evini satır
15:57 17.07.2025
ABŞ büdcəsi azalacaq
15:42 17.07.2025
“Liverpul” Almaniya klubunun hücumçusu ilə razılığa gəlib
15:27 17.07.2025
Kit Kelloq Ukraynanı tərk edib
15:12 17.07.2025
Türkiyə Suriyada atəşkəsin təmin edilməsinə kömək edib
15:09 17.07.2025
Pakistan və BƏƏ INTOSAI-nin İdarə Heyətinə üzv seçildilər
14:57 17.07.2025
Prezidentlər Mehmandarovların malikanə kompleksində olublar
14:43 17.07.2025
Nəvələrini göl kənarında gəzdirən baba suda boğuldu
14:39 17.07.2025
"Azərbaycanda sistem əhəmiyyətli banklar strategiyalarını yenidən nəzərdən keçirməlidir" -Müsahibə
14:27 17.07.2025
Prezidentlər Şuşa məscidində dua etdilər
14:13 17.07.2025
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin gülləbaran edilmiş heykəllərinə baxıblar
14:12 17.07.2025
Oğlu ilə yanğında ölən ana ilə bağlı ailənin yaxını açıqlama verdi: "Ailə faciəsini şouya çevirməyək"
13:57 17.07.2025
Səbinə Salmanova vəfat etdi
13:42 17.07.2025
ABŞ-nin kommersiya neft ehtiyatları azalır
13:27 17.07.2025
İsrail havadan müdafiə sistemlərinin istehsalını artırır
13:12 17.07.2025
Hamısı