Ermənistan Yunanıstanla hərbi-texnoloji razılaşma əldə edib.
Ednews Ermənistan mediasına istinadən xəbər verir ki, müqaviləyə əsasən hər iki ölkənin hərbi və texnoloji şirkətləri arasında ticarət əlaqələri olacaq.
Xəbərə görə, ölkə universitetləri arasında süni-intellektin hərb sahəsində istifadə edilməsi yplunda araşdırmalar aparılacaq.
Yunanıstanda istehsal olunan top mərmiləri, hərbi tank, təyyarə və hərbçi avadanlıqları Ermənistana güzəştli təkliflərlə veriləcək.
Ölkələr arasında həmçinin hərbi və texnoloji sahələrdə informasiya mübadiləsi də olacağı yönündə razılaşma əldə edilib.
Fərid