Tokayev: Qazaxıstan-Azərbaycan münasibətləri yüksələn xətt üzrə inkişaf edir

Siyasət 10:20 10.03.2024

Müasir Qazaxıstan-Azərbaycan münasibətləri yüksələn xətt üzrə inkişaf edir.

 

Ednews.net xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfərindən öncə “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

 

"Əlaqələrimizin uğurlu inkişafının əsasını, ilk növbədə, xalqlarımız arasında çoxəsrlik qardaşlıq əlaqələri, dövlətlərimiz arasında uzun illər davam edən faydalı əməkdaşlıq, beynəlxalq arenada qarşılıqlı dəstək təşkil edir. Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevlə formalaşdırdığımız şəxsi qarşılıqlı etimad və dostluq münasibətləri də təbii ki, mühüm aspektlər sırasında yer alır. Bu, ikitərəfli və çoxtərəfli əməkdaşlığın bütün istiqamətləri üzrə qarşılıqlı anlaşmanın möhkəmlənməsinə təkan verir. Fürsətdən istifadə edərək, son prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə hörmətli İlham Heydər oğlunu bir daha təbrik etmək istəyirəm. Səsvermənin nəticələri Azərbaycan liderinin xalq tərəfindən dəstəkləndiyini və onun milli birliyin, dövlətin ərazi bütövlüyünün və dinamik inkişafının təmin edilməsində xidmətlərinin yüksək qiymətləndirildiyini təsdiqlədi. 2022-ci ildə Azərbaycana rəsmi səfərim Bakı ilə Astana arasında tərəfdaşlıq üçün müəyyən mənada təkanverici oldu. İlk növbədə, bu, mənim ölkə başçısı kimi Azərbaycana ilk səfərim idi. İkincisi, bu səfər, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində baş tutdu. Üçüncüsü, səfərin nəticələrinə əsasən, “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”nin qəbulu əməkdaşlığımızın yeni mərhələsinin başlanğıc nöqtəsi oldu. Müasir Qazaxıstan-Azərbaycan münasibətləri yüksələn xətt üzrə inkişaf edir", - Tokayev vurğulayıb.

 

"Siyasi, ticarət-iqtisadi, tranzit-nəqliyyat, enerji, kənd təsərrüfatı, mədəni-humanitar və digər sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində sistemli iş həyata keçirilir. Ənənəvi qarşılıqlı fəaliyyət mexanizmləri ilə yanaşı, Qazaxıstan-Azərbaycan Ekspert Şurası, Azərbaycan-Qazaxıstan İşgüzar Şurası yaradılıb və fəaliyyət göstərir. Bakıya səfərim çərçivəsində Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurası işə başlayacaq və biz onun ilk iclasını keçirəcəyik. Normativ-hüquqi baza tədricən genişlənir və təkcə 1 il 6 ay ərzində 40-a yaxın mühüm ikitərəfli sənəd imzalanıb. Qarşıdan gələn səfərim zamanı növbəti mühüm sənədlər paketi imzalanması üçün hazırlanır. Təbii ki, bu, qarşılıqlı fəaliyyətimizə yeni təkan verəcək. 2020-ci ildən etibarən ölkələrimiz arasında ticarət dövriyyəsi təxminən 5 dəfə (109 milyon dollardan 529 milyon dollara) artıb. Bu, parlaq dinamikadır və biz dövriyyə həcminin artırılmasını davam etdirməyi planlaşdırırıq. Bizim portfoliomuza həm ölkələrimiz, həmçinin bütün region üçün vacib olan bir sıra layihələr daxildir. Buraya Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) imkanlarının genişləndirilməsi, Xəzərin dibi ilə fiber-optik rabitə xəttinin və enerji kabelinin çəkilməsi, Azərbaycan vasitəsilə neft və uranın ixracı, Qazaxıstandan Azərbaycan bazarına buğda tədarükünü aid etmək olar. Bir sıra birgə təşəbbüslər ölkələrimiz arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə və turist axınının artırılmasına hədəflənib. Ümumi məqsədimiz Qazaxıstanla Azərbaycan arasında həqiqətən də güclü həm strateji, həm də müttəfiqlik əlaqələri yaratmaqdır. Əminəm ki, birgə səylərlə bu məqsədə nail olacağıq", - Qazaxıstan Prezidenti qeyd edib.

"Binəqədidə quyuya düşən şəxsin axtarışları davam edir"

Xəbər xətti

"Müttəfiq təyyarələrini qəbul etməyə hazırıq "
08:23 28.06.2025
ABŞ süni intellektin enerji təminatını artırmağı planlaşdırır
08:08 28.06.2025
Kriptovalyuta oğruluqları artır
07:42 28.06.2025
Aİ ölkələri Amerika silahlarından imtina edəcək
07:10 28.06.2025
İsti havalarda bu məhsullardan uzaq durun
06:37 28.06.2025
Fransada təyyarə qəzası baş verib
06:14 28.06.2025
Avropaya "cəhənnəm istisi" gəlir
05:51 28.06.2025
İnsan ən çox neçə yaşında xoşbəxt olur? -Alimlər açıqladı
05:26 28.06.2025
Ukrayna yeraltı sərvətləri ilə bağlı məlumatları açıqlayacaq
04:51 28.06.2025
Yekaterinburqda azərbaycanlılara qarşı əməliyyat keçirilib
04:19 28.06.2025
"İsrail İran səmasında üstünlüyünü qoruyacaq"
03:57 28.06.2025
Rəhman Rəhmanov xəstəxanaya yerləşdirilib
03:24 28.06.2025
İranlı diplomat "Qərbi Azərbaycan" ifadəsinə etiraz etdi - "Bu, yolverilməzdir"
02:53 28.06.2025
Qırğızıstanda dağ gölünün bəndi uçub
02:27 28.06.2025
Samuxda ağır yol qəzası baş verib
01:46 28.06.2025
"Fars körfəzi regionunda radiasiya səviyyəsi normaldır"
01:24 28.06.2025
Konqo və Ruanda arasında sülh sazişi imzalandı
00:57 28.06.2025
Ulduzlar sabahkı gün barədə nə deyir ?
00:29 28.06.2025
Ukraynadan xüsusi əməliyyat: Rusiyanın 2 qırıcısı məhv edildi
23:56 27.06.2025
Arxiyepiskop Mikael Acapaxyan saxlanıldı
23:41 27.06.2025
"Xameneini alçaldıcı ölümdən xilas etdim"
23:26 27.06.2025
WhatsApp yeni funksiyasını təqdim etdi
23:08 27.06.2025
DİN valideynlərə xəbərdarlıq etdi
22:53 27.06.2025
Kreml Bizə Nə Deyir? Şahlar Ruhi yazır...
22:44 27.06.2025
Türkiyədə meşə yanğını ilə əlaqədar üç şübhəli saxlanılıb
22:38 27.06.2025
“İranın lazımi addımlar atmasını gözləyirik”
22:23 27.06.2025
Sərmayəmizi dollara çevirək,yoxsa...? -Ekspert danışdı
22:08 27.06.2025
"Azərbaycanfilm" kinostudiyası başqa əraziyə köçürülməlidir"
21:56 27.06.2025
" Bəzi qərb ölkələri Rusiyanı avadanlıq və kritik komponentlərlə təchiz edirlər" -Zelenskidən şok iddia
21:38 27.06.2025
Siqaretə görə 20 illik dostunu qətlə yetirən şəxsə hökm oxundu
21:26 27.06.2025
Almaniya səfiri Rusiya XİN-ə çağırıldı
21:05 27.06.2025
"Aİ ilə yaxınlaşma normaları ilə Avrasiya İqtisadi İttifaqının normaları arasında ziddiyyətlər var" Rusiya Ermənistana xəbərdarlıq etdi
20:50 27.06.2025
"Binəqədidə quyuya düşən şəxsin axtarışları davam edir"
20:42 27.06.2025
"Stokholm sindromu" anlayışına səbəb soyğunçu vəfat etdi
20:35 27.06.2025
"İranın Ermənistandakı səfirinin əsassız və təxribatçı iddialarını qətiyyətlə rədd edirik"
20:22 27.06.2025
Evlilik üçün ən ideal bürclər hansılardır?
20:20 27.06.2025
Qusarda qəzaya düşənlərin kimliyi məlum oldu
20:16 27.06.2025
Avropa çempionatında birinci olan Azərbaycanın güləşçiləri Vətənə qayıtdı -FOTOLAR
20:10 27.06.2025
"Ukrayna ilə danışıqların növbəti raundunu İstanbulda keçirməyə hazırıq"
20:04 27.06.2025
Arxiyepiskop Mikael Acapaxyanın 20-dən çox tərəfdarı saxlanılıb
19:45 27.06.2025
Hamısı