Estoniya öz ərazisində nüvə silahı ilə təchiz oluna bilən müttəfiq qırıcıları qəbul etməyə hazırdır.
“EDnews” xəbər verir ki, bunu Estoniyanın müdafiə naziri Hanno Pevkur deyib.
O bildirib ki, bənzər təyyarələr NATO-nun rotasiya hava polisi missiyası çərçivəsində artıq ölkədə olub və bu təcrübə gələcəkdə də davam etdiriləcək:
"F-35-lər artıq Estoniyada olub və tezliklə rotasiya qaydasında yenidən qayıdacaq. Biz öz ərazimizdə müttəfiq təyyarələrini qəbul etməyə hazırıq”.